Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi — Özbəkistanın Azərbaycan Respublikasında diplomatik nünayəndəliyi. Səfirlik Özbəkistanın rəsmi nümayəndəliyi olaraq Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Özbəkistanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycan Respublikasında təmsil edir.

Bakıdakı səfirliklə yanaşı, Özbəkistan Respublikasının Azərbaycanın Gəncə şəhərində Fəxri konsulluğu fəaliyyət göstərir.

Özbəkistanla Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvləridir və bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İƏT, Qoşulmama Hərəkatı və s. çərçivəsində həmişə bir-birini dəstəkləyir.

2020-ci ildən Özbəkistan Respublikasının Azərbaycanda Fövqaladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovdur.

Diplomatik əlaqələri İki ölkə arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi 1996-cı ildə açılmışdır.

Özbəkistanın Azərbaycan Respublikasındakı səfirliyi 1998-ci ilin may ayında təsis edilmişdir.

2024-cü ilin aprelində Gəncədə Özbəkistan Respublikasının Fəxri konsulluğunun aşılışı olub.

Parlamentlərarası əlaqərəri Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan — Özbəkistan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Özbəkistanın Azərbaycanda səfirləri Özbəkistanın Azərbaycan Respublikasındakı səfiri Özbəkistan Respublikasını Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Səfir Müddət başlanğıcı Müddətin sonu İsmətulla İrqaşev 2008-2012 2008 2012Şerzod Fayziyev 2012 2020 Bahrom Aşrafxanov 2020

Viza Özbəkistan vətəndaşları Azərbaycana viza tələb olunmadan daxil ola bilərlər.

Özbəkistan vətəndaşları Azərbaycanda 90 günədək vizasız qala bilirlər. Təhsil almaq, işləmək və ya uzun müddət qalmaq istəyən şəxslər üçün isə müvafiq viza və ya yaşayış icazəsi tələb olunur.2026-cı İldə Azərbaycan Vətəndaşları üçün Vizasız Gedilən Ölkələr

İstinadlar

Xarici keçidlər Azərbaycanın Özbəkistanda səfirliyi Embassy of Uzbekistan in Azerbaijan

Kateqoriya:Özbəkistan Kateqoriya:Azərbaycan–Özbəkistan münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Özbəkistanın xarici siyasəti Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Özbəkistanın ikitərəfli əlaqələri