Danimarka müstəmləkə imperiyası (dan. Danmarks kolonir) — 1537–1953-cü illərdə əvvəlcə Danimarka-Norveç, 1814-cü ildən sonra isə sadəcə Danimarka tərəfindən idarə edilən koloniyalar idi. XIV əsrin sonlarından etibarən Danimarka monarxı Norveç və İsveç ilə birlikdə Kalmar İttifaqını idarə edirdi. İsveç 1520-ci illərdə bu ittifaqdan ayrılsa da, Danimarka-Norveç dövlət birliyi 1814-cü ilə qədər davam etdi. İmperiya özünün ən qüdrətli dövründə Avropa, Şimali Amerika, Afrika və Asiya olmaqla dörd qitəni əhatə edirdi. XIX əsrdə koloniya imperiyası digər müstəmləkəçi güclər qarşısında zəifləməyə başladı və 1953-cü ildə Qrenlandiyanın koloniya statusunun ləğv edilməsinə qədər hökm sürdü.
Danimarka əslən Norveçə məxsus olan asılı ərazilər — İslandiya, Farer adaları və Qrenlandiya üzərindəki nəzarətini qoruyub saxlamışdı. Bununla yanaşı, 1864-cü ilə qədər "Helstaten"in (vahid dövlət) digər tərkib hissələri olan Şlezviq, Holşteyn və Lauenburq, eləcə də müəyyən dövrlərdə indiki Şimali Almaniya ərazisindəki digər mülklər də bu birliyə daxil idi. Bundan başqa, 1620-ci ildən 1917-ci illa qədər Asiya, Afrika və Karib hövzəsində zamanla Böyük Britaniya və ABŞ-yə satılan müxtəlif Danimarka koloniyaları mövcud olmuşdur.
thumb|Hindistandakı Danimarka mülklərinin xəritəsi (1620-1845)
1806-cı ildə Müqəddəs Roma imperiyası ləğv edildi və regent vəliəhd şahzadə Frederik Holşteynin Danimarka monarxiyasının tərkibinə daxil edildiyini bəyan etdi.
Bəzi müstəmləkələr Danimarka-Norveç 1671-ci ildə Sent-Tomas, 1718-ci ildə Sent-Con adalarını ələ keçirmiş, 1733-cü ildə isə Sent-Krua adasını Fransadan satın almışdır. Danimarka Qərbi Hindistanı kimi tanınan bu ərazilər nəticədə 1917-ci ildə 25 milyon dollar müqabilində ABŞ-yə satıldı və həmin tarixdən etibarən Amerika Vircin adaları kimi tanınmağa başladı.
Norveç Danimarka ilə Norveç arasındakı ittifaqın parçalanması Napoleon müharibələri dövrünə təsadüf etdi. Norveç tam müstəqillik qazanmağa çalışsa da, yeni bir birliyə, bu dəfə İsveç ilə uniyaya girməyə məcbur oldu. Lakin İsveç kralı Norveçə məxsus olan qədim dənizaşırı mülklərlə maraqlanmırdı. Beləliklə, 1814-cü ildə imzalanmış Kiel sülhünə əsasən, Norveç koloniyaları Danimarka kralının irsi mülkü olaraq Danimarkada qaldı və bu andan etibarən birbaşa Danimarka dövlətinin hüquqi tərkib hissəsinə çevrildi.
İslandiya 1918-ci ildə İslandiya Danimarka ilə şəxsi uniyada olan tam suveren bir dövlət olmuş və "İslandiya Krallığı"na çevrilmişdi. Nasist Almaniyasının 1940–1945-ci illərdə Danimarkanı işğal etdiyi dövrdə, İslandiyada keçirilən referendumun nəticəsi olaraq 17 iyun 1944-cü ildə rəsmən İslandiya Respublikası elan edildi.
Qrenlandiya və Farer adaları Digər dəniz koloniyalarından olan Qrenlandiyanın koloniya statusu ləğv edildikdən sonra 1979-cu ildə daxili özünüidarəetmə, 2009-cu ildə isə müqəddəratını təyin etmə hüququ da daxil olmaqla daha geniş muxtariyyət qazandı. Oxşar şəkildə, Farer adaları da 1816-cı ildə qraflıq (əyalət) statusu ilə Danimarka Krallığının tərkibinə daxil edilmiş, daha sonra isə 1948-ci ildə onlara daxili özünüidarəetmə hüququ verilmişdir.
İstinadlar
Kateqoriya:Müstəmləkəçilik Kateqoriya:Keçmiş Danimarka müstəmləkələri Kateqoriya:Konstitusiyalı monarxiyalar Kateqoriya:Dan dilində danışılan ölkə və bölgələr Kateqoriya:Müstəmləkə imperiyaları