Mehmed Raşid Paşa (; ) — Osmanlı dövlət adamı, bürokrat.

1825-ci ildə Qahirədə dünyaya gəldi. Atası Osmanlının Misir valisi Kavalalı Mehmed Əli Paşanın xidmətində olan Dramalı Həsən Heydər Paşadır. Kavalalı Mehmed Əli Paşanın 1844-cü ildə təhsil üçün Parisə göndərdiyi 143 tələbənin arasında yer aldı. burada yenicə təsis edilən Misir Hərbi Məktəbində təhsilini tamamladı. Fransız diliylə yanaşı, coğrafiya, topoqrafiya, topçuluq və digər hərbi elmlər üzrə təlim aldı.James Heyworth Dunne, An Introduction to The History of Education in Modern Egypt, Luzac & Co., London 1938,

s. 253, 258 Burada təhsilini tamamldıqdan sonra 1849-cu ildə Qahirəyə qayıtdı və Misir bürokratiyasında məmur kimi vəzifələndirildi.

Ancaq Mehmed Əli Paşanın vəzifədən alınması və yerinə gətirilən oğlu İbrahim Paşanın qısa hakimiyyətinin ardından, paşanın digər oğlundan doğulan nəvəsi Abbas Hilmi Paşa Misir valisi təyin edildi. 1851-ci ildə qəddarlığı ilə tanına I Abbas Hilmi Paşa ilə Raşid bəyin atası Dramalı Həsən Paşa arasında münasibətlər pisləşdi və nəticədə həmin il atasıyla birlikdə Qahirəni tərk edərək İstanbula gəldi. Burada atasıyla birlikdə sədrəzəm Mehmed Əmin Əli Paşanın himayəsinə girdi. Mükəmməl dil bilikləri onun qısa zamanda yüksəlişinə səbəb oldu. Belə ki, 13 mart 1852-ci ildə divanxananın tərcümə bölümündə işə alındıDevlet Arşivleri Başkanlığı Osmanlı Arşivi (BOA), Mâbeyn-İrâde (MB.İ), 7/57 və çox keçmədən 6 oktyabrda üçüncü dərəcəli məmurluğa yüksəldi.BOA, İrâde Dâhiliye (İ.DH), 259/16036, Lef. 1

3 il burada çalışdıqdan sonra 1855-ci ildə Ərdək və Təkirdağ kaymakamı təyin edildi və ilk idarəçilik təcrübələrini burada qazandı. Ardından Dunay çayı sahilində stratejik mövqeydə yerləşən Tulca rayonuna mütəsərrif seçildi və bu burada etdiyi uğurlu xidmətlər səbəbilə 4 oktyabr 1861-ci ildə İşkodra mütəsərrifi təyin edildi.BOA, Sadaret Divan Kalemi Evrakı (A.]DVN), 170/93 Ancaq buradakı vəzifə illərində bölgədəki yerli üsyançılarla mübarizədə uğursuz olduBOA, Sadaret Mektubî Kalemi Nezaret ve Devair (A.]MKT.NZD), 381/91 və İstanbula geri çağırılaraq bir çox dövlət adamı tərəfindən tənqid edildi.Ahmed Cevdet Paşa, Tezâkir 13-20, s. 250 İğtişaşların sonlanmasının ardından 24 iyul 1862-ci ildə Belqrad şəhərinin mühafizəsiylə, 29 yanvar 1863-cü ildə isə yenidən Tulca rayonu mütəsərrifliyi ilə vəzifələndirildi. 18 oktyabr 1864-cü ildə Vidin valisi təyin edilsə də, qısa zaman sonra Vidin və Silistrə əyalətlərinin birləşdirilməsi səbəbilə, bu vəzifədə də çox qala bilmədi. 11 dekabr 1864-cü ildə sədrəzəm Mehmed Fuad Paşa tərəfindən vəzir ünvanı verilərək İzmir valisi təyin edildi. Bu vəzifədə uğurlu oldu. Hətta vəzifə müddəti ərzində bölgədə yayılan kolera epidemiyasına qarşı aldığı uğurlu tədbirlər səbəbilə I dərəcəli Məcidiyyə ordeni aldı (27 sentyabr 1865). Bu vəzifədə qazandığı rəğbətin nəticəsi kimi, 18 iyul 1866-cı ildə Suriya valisi seçildi.

Ancaq hamisi olan sədrəzəm Mehmed Əmin Əli Paşanın vəfatının (7 sentyabr 1871) ardından bütün siyasi karyerası dəyişdi. Belə ki, yeni sədrəzəm Mahmud Nədim Paşa tərəfindən 23 oktyabr 1871-ci ildə vəzifədən alındı.

Mənbə

Ədəbiyyat

İstinadlar