Boyan Petrov (; ) — bolqar zooloqu və alpinsti olmuşdur. O, Sofiyadakı Milli Təbiət Tarixi Muzeyində çalışmışdır.Boyal Petrov , NMNHS
İtkin düşdüyü vaxt Petrov 14 səkkizminlik zirvədən 10-na qalxmışdı. O, bütün bu yüksəlişləri əlavə oksigen istifadə etmədən və şerpa köməyi olmadan həyata keçirmişdir. Petrov Gasherbrum I (2009), Kanchenjunqa (2014), K2 (2014) və Manaslu (2015) zirvələrinə qalxan ilk bolqar olmuşdur. O, insulin asılı şəkərli diabet xəstəsi olmasına baxmayaraq bu zirvələri fəth etmiş və fiziki fəaliyyətin diabetə mane olmadığını, əksinə onun idarə olunmasına kömək etdiyini nümayiş etdirmişdir. 2024-cü ilə olan məlumata görə Boyan Petrov və Atanas Skatov 8000 metrlik zirvələrə ən çox uğurlu yüksəliş etmiş bolqar alpinistlər hesab olunurlar. Lakin Skatov əsasən kommersiya ekspedisiyalarında və çox vaxt əlavə oksigenlə qalxmışdır.
Nailiyyətləri 20 may 2014-cü ildə Petrov Yer kürəsinin üçüncü ən yüksək zirvəsi olan Kanchenjunqaya (8586 m) qalxan ilk bolqar olmuşdur. O, həmçinin əlavə oksigen istifadə etmədən bu yüksəkliyə çatan ilk diabet xəstəsi hesab olunur.Тайнствен глас водил Боян Петров към върха , Монитор 23 iyulda o, Broad Peak (8047 m) zirvəsini fəth etmişdir.Boyan Petrov: The most successful summer of Bulgarian mountaineering , Bolqarıstan Milli Radiosu 31 iyul 2014-cü ildə isə Petrov Yer kürəsinin ikinci ən yüksək zirvəsi olan K2yə (8611 m) qalxan ilk bolqar olmuşdur. Bununla da o, 100 gündən az müddətdə üç səkkizminlik zirvəyə qalxan 35-ci insan olmuşdur.Боян Петров: Най-добрият алпинист е живият алпинист OFFNews Onun Broad Peak və K2 zirvələrinə 8 gün ərzində etdiyi ikiqat yüksəliş dünya rekordu hesab edilmişdir. Bu uğurlar münasibətilə məşhur alpinist Reynhold Messner Petrov üçün videomüraciət yayımlamışdır. Onun yüksəlişlərindən bəhs edən “3x8000” sənədli filmi 2014-cü ilin dekabrında Bolqarıstan Milli Televiziyasında nümayiş etdirilmişdir. 29 sentyabr 2017-ci ildə Petrov əlavə oksigen istifadə etmədən Dhaulagiri (8167 m) zirvəsinə çatmışdır.
Boyan Petrov xərçəngdən sağ çıxmış və şəkərli diabet xəstəsi olmuşdur.Гергана Лабова, "Боян Петров: жив си, когато не се отказваш" , www.gnezdoto.net, 2015, in Bulgarian. Retrieved 28-07-2016. 2008-ci ildə Alplarda dırmanma zamanı yıxılaraq ayağını sındırmışdır.Мара Калчева, "Боян Петров: Диабетик съм, но катеря осемхилядници!" , www.blitz.bg, 28-05-2013, in Bulgarian. Retrieved 28-07-2016. 2009-cu ildə Gasherbrum IIdən enərkən buzlaq yarığına düşmüş və ispan alpinistlər qrupu tərəfindən xilas edilmişdir.Бойко Оков, "Покорителят на Гашербрум -1 и Гашербрум – 2 Боян Петров: Бях сам, спикел и щека на 30 метра от върха" , www.verticalworld.net, 28-08-2009, in Bulgarian. Retrieved 28-07-2016. 2013-cü ildə avtomobil qəzası nəticəsində yenidən ayağı sınmışdır. Buna baxmayaraq, növbəti ildə ayağında daxili fiksatorlarla Kanchenjunqa, Broad Peak və K2 zirvələrinə uğurla qalxmışdır.Бойко Оков, "Властелинът на осемхилядниците покорил К2 с 12 пирона в крака" , www.blitz.bg, 17-08-2014, in Bulgarian. Retrieved 28-07-2016. K2-dən endikdən sonra baza düşərgəsində ağır hipoqlikemiya keçirmiş, huşunu itirmiş və polyak alpinistlərin köməyi ilə xilas olunmuşdur.Michał Bugno, "Dziękują Polakom za uratowanie człowieka na Broad Peak. "To bohaterstwo!", sport.wp.pl, 12-09-2014, in Polish. Retrieved 28-07-2016.Стефан Чолаков, "Боян Петров: Под К-2 имах криза заради кръвната захар" , "24 часа", 14-08-2014, in Bulgarian. Retrieved 28-07-2016.
İtkin düşməsi Petrov Şişapanqma zirvəsinə qalxarkən itkin düşmüş elan edilmişdir. 5 may 2018-ci ildə onun çadırı və yataq tulumu dağın təxminən 7300 metr yüksəklikdə yerləşən üçüncü düşərgəsində tapılmışdır. Bolqarıstan diplomatik səyləri nəticəsində son 20 ildə ilk dəfə Nepal xilasedici helikopterinə Çin üzərində uçuş icazəsi verilmişdir. Lakin nə üçüncü düşərgədə, nə də Şişapanqma dağında Petrovdan başqa heç bir iz tapılmamışdır. Axtarış əməliyyatı 16 may tarixində dayandırılmışdır."The final report puts to rest all speculations surrounding the Boyan Petrov Search Operation" , "Dream Wanderlust", 17.05.2018. Digər alpinistlərin fikrincə, o, zirvəyə gedən yolda buzlaq yarığına düşmüş ola bilər.
6000 metrdən yüksək zirvələrə yüksəlişləri + İl Zirvə Hündürlük Dağ sistemi Dövlət Qeydlər 2001 Broad Peak 8047 m Qaraqorum 7300 metr yüksəkliyə çatmışdır 2003 Lenin zirvəsi 7134 m Pamir 2004 Akonkaqua 6962 m And dağları 2004 Denali 6195 m Amerika Kordilyerləri 2005 K2 8611 m Qaraqorum 8200 metr yüksəkliyə çatmışdır 2007 Xan-Tenqri 6995 m Tyan-Şan 2009 Gasherbrum I 8080 m Qaraqorum İlk bolqar yüksəlişi. Oksigensiz 2009 Gasherbrum II 8035 m Qaraqorum 8030 metr yüksəkliyə çatmışdır 2010 Korjenevskaya zirvəsi 7105 m Pamir 2010 İsmayıl Somoni zirvəsi 7495 m Pamir 2014 Kanchenjunqa 8586 m Himalaylar İlk bolqar yüksəlişi. Oksigensiz 2014 Broad Peak 8047 m Qaraqorum Oksigensiz 2014 K2 8611 m Qaraqorum İlk bolqar yüksəlişi. Oksigensiz 2015 Manaslu 8163 m Himalaylar İlk bolqar yüksəlişi. Oksigensiz 2016 Annapurna I 8091 m Himalaylar Oksigensiz 2016 Makalu 8485 m Himalaylar Oksigensiz 2016 Nanga Parbat 8126 m Himalaylar Oksigensiz 2017 Gasherbrum II 8035 m Qaraqorum Oksigensiz 2017 Dhaulagiri 8167 m Himalaylar Oksigensiz 2018 Şişapanqma 8027 m Himalaylar İtkin düşməzdən əvvəl 7500 metr yüksəklikdə yerləşən 3-cü düşərgəyə çatmışdır
Mənbə:CV of Boyan Petrov , National Museum of Natural History, Sofia, Official Site. Retrieved 24-05-2016.
İstinadlar