İnci Sezər Becəl (; ) — türk bürokratı.

Ailə və Cəmiyyət Xidmətləri Baş İdarəsinin rəisi və Nevşəhər valisi vəzifələrində çalışmış, müxtəlif ilçələrdə kaymakam kimi xidmət göstərib. "Resmi Gazete"də dərc olunan Valilər Fərmanı ilə "vali-mülkiyyə başmüfəttişi" vəzifəsinə təyin edilib. Həyatı və karyerası İnci Sezər 1971-ci ildə Qaziantepin İslahiyə ilçəsində qürbətçi bir ailənin övladı olaraq dünyaya gəlib. O, ilk, orta və lisey təhsilini İslahiyədə tamamlayıb. 1992-ci ildə Ankara Universitetinin Politologiya fakültəsindən məzun olub. 1993-cü ildə Daxili İşlər Nazirliyinin keçirdiyi icra başçısı (kaymakam) namizədliyi imtahanını qazanaraq, 1994-cü ildə Orduda kaymakam kimi fəaliyyətə başlayıb. Ardıcıl olaraq Antalya-Finikədə kaymakam köməkçisi, Rizə-Kalkandərə ilçəsi və Nevşəhər-Acıgöl ilçəsində icra başçısının müvəqqəti kaymakam vəkili vəzifələrində çalışdıqdan sonra, 1995-1996-cı illərdə səkkiz ay müddətində İngiltərənin Bornmut şəhərində ingilis dili təhsili ilə yanaşı, İngiltərənin ümumi və yerli idarəetmə sistemi ilə bağlı təlim keçib. 1997-ci ildə təcrübə proqramını uğurla başa vuraraq Çəltik ilçəsinin kaymakamı təyin edilib. Adıyamanın Tut ilçəsində kaymakam vəzifəsində çalışarkən, öz tabeliyində olan və mühafizə rəisi kimi xidmət edən baş komissar Hakan Becəl ilə 2001-ci ildə ailə həyatı qurub. 2001–2006-cı illərdə Nevşəhərin Gülşəhər ilçəsinin ikaymakı olan Becəl, 2006–2011-ci illərdə Malatya vali müavini, 2011-ci ildə isə Çeşmə ilçəsinin kaymakamı təyin edilib. 2009-cu ildə birinci dərəcəli mülki idarə amili rütbəsinə yüksələn Becəl, 2015-ci ilin iyununda Çatalca ilçəsinin kaymakamı təyin edilib. 2016-cı ildən isə Ailə və Cəmiyyət Xidmətləri Baş İdarəsinin rəisi vəzifəsinədə çalışır.

İnci Sezər magistr təhsilini İnönü Universitetinin Dövlət İdarəçiliyi fakültəsində tamamlayıb. Siyasət və Sosial Elmlər proqramı üzrə doktorantura təhsilini davam etdirir. İngilis dilini mükəmməl səviyyədə bilən Becəl, bir övlad anasıdır.

İstinadlar

Xarici keçidlər Gülşehir Kaymakamlığı