Almaniya Elmlər Akademiyaları İttifaqı () — Almaniyanın səkkiz ən böyük elmi akademiyasının ittifaqıdır.

Bir çox digər ölkələrdən fərqli olaraq, Almaniyada dövlətin federal forması prinsipinə müvafiq olaraq vahid bir Elmlər Akademiyası yoxdur. Ölkədə ümumilikdə ittifaq şəklində birləşən səkkiz fərqli akademiya mövcuddur və ittifaqın qərargahı Mayns şəhərində yerləşir. Həqiqi və müxbir üzvlərinin ümumi sayı 1400 nəfərdir.

Akademiyaların əsas vəzifəsi elmin inkişafının qayğısına qalmaqdır. Onlar xüsusilə sahələrarası elmi əməkdaşlığın dəstəklənməsinə xüsusi diqqət yetirirlər.

Almaniya Elmlər Akademiyaları İttifaqına aşağıdakı akademiyalar daxildir: Bavariya Elmlər Akademiyası — Münhendə yerləşir (1759-cu ildə təsis edilib); Berlin-Brandenburq Elmlər Akademiyası (1992-ci ildə təsis edilib); Şimali Reyn-Vestfaliya Elmlər və İncəsənət Akademiyası — Düsseldorfda yerləşir (1970-ci ildə təsis edilib); Heydelberq Elmlər Akademiyası (1763–1803-cü illərdə fəaliyyət göstərib, 1909-cu ildə yenidən təsis edilib); Göttingen Elmlər Akademiyası (1751-ci ildə təsis edilib); Saksoniya Elmlər Akademiyası — Leypsiqdə yerləşir (1846-cı ildə təsis edilib); Mayns Elmlər və Ədəbiyyat Akademiyası (1949-cu ildə təsis edilib); Hamburq Elmlər Akademiyası (2005-ci ildə təsis edilib).

Bundan əlavə, Halle şəhərində Almaniyanın "Leopoldina" () Milli Elmlər Akademiyası yerləşir, lakin o, Almaniya Elmlər Akademiyaları İttifaqının üzvü deyil.

Elmlər akademiyaları elmlə cəmiyyət arasında vasitəçi rolunu oynayır, həmçinin beynəlxalq elmi əməkdaşlığa töhfə verir. Almaniya elmlər akademiyalarının maliyyələşdirilməsi federal torpaqların büdcə vəsaitləri hesabına həyata keçirilir.

Tarixi

Almaniya akademiyaları arasında mütəşəkkil əməkdaşlıq 1893-cü ildə Göttingen, Münhen, Leypsiq və Vyana akademiyalarının nümayəndələri tərəfindən Leypsiqdə "Kartel"in () yaradılması ilə başlamışdır. 1941-ci ildə bu Kartel nasistlər tərəfindən "Almaniya Elmlərinin Reyx Akademiyası"na, daha sonra isə "Almaniya Elmlər Akademiyalarının Reyx İttifaqına"nə çevrilmişdir.

1949-cu ildə Göttingen, Münhen və Heydelberq akademiyaları "Almaniya Elmlər və Humanitar Elmlər Akademiyalarının İşçi Qrupu"nu təsis etmişdirlər. Bu təşkilat 1967-ci ildə "Almaniya Elmlər və Humanitar Elmlər Akademiyalarının Konfransı" adlandırılmışdır. 1999-cu il yanvarın 1-də isə sözügedən Konfrans rəsmi olaraq "Almaniya Elmlər Akademiyaları İttifaqı" adını almışdır.

İstinadlar

Xarici keçidlər

Website of the Union 40 Years of the Academies Programme – Excellence in Humanities – Special Publication, Union of German Academies of Sciences and Humanities, 2019. (PDF; 7 MB)

Kateqoriya:Almaniya Elmlər Akademiyaları İttifaqı Kateqoriya:Almaniyanın elmi təşkilatları Kateqoriya:Almaniyada elm və texnologiya