Əli Xavəri () () — İran siyasətçisi, 1983-cü ildən 2003-cü ilə qədər Tudə Partiyasının başında durmuş birinci katib. Əli Xavəri İran Tudə Partiyasının altıncı birinci katibi hesab olunurdu.
Həyatı Əli Xavəri 22 mart 1923-cü ildə anadan olmuşdur.
Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə həbs edilmiş və ölüm cəzasına məhkum olunmuş, lakin cəzası bir dərəcə yüngülləşdirilərək ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş və 1963-cü ildən 1978-ci ilə qədər olan on beş illik dövrü həbsxanada keçirmişdir.اطلاعاتی درباره رهبران حزب توده ایران .
1979-cu il inqilabı ərəfəsində Əli Xavəri digər siyasi məhbuslarla birlikdə həbsdən azad edilmişdir. O, İranda Tudə Partiyasının yenidən təşkilatlanması üçün fəaliyyətə başlayan ilk şəxslərdən biri olmuş və partiya rəhbərliyinin 1979-cu ilin aprel-may aylarında İrana qayıtmasından əvvəl "Mərdom" qəzetinin nəşrinə başlamışdır. İran Tudə Partiyasının on yeddinci plenumu onu Mərkəzi Komitənin Katibliyinə üzv seçmişdir.
1983-cü il her yanvar-fevral aylarında Tudə Partiyasına qarşı həyata keçirilən basqınlar və partiyanın rəhbəri Nurəddin Kiyanuri də daxil olmaqla çoxsaylı rəhbər və üzvlərinin həbsindən sonra, ilkin olaraq "İran Tudə Partiyasının Xarici Komitəsi"nin məsul şəxsi olan və kütləvi həbslərdən sonra Siyasi Heyət ilə Katibliyin yeganə azadlıqda qalan üzvü statusunu daşıyan Xavəriمورنینگ استار: حزب تودۀ ایران به مبارز خستگیناپذیر «علی خاوری» رهبر دیرینۀ خود که در سن ۹۷ سالگی درگذشت ادای احترام میکند، نوشتهشده در ۲ فروردین ۱۴۰۰؛ بازدید در ۷ تیر ۱۴۰۱. 1983-cü ilin dekabrında keçirilən Mərkəzi Komitənin on səkkizinci plenumunda İran Tudə Partiyasının birinci katibi seçilmişdir. Əli Xavəri partiyanın altıncı birinci katibi hesab olunurdu. 1982–1983-cü illərdə İran Tudə Partiyasına qarşı baş tutmuş basqınlardan sonra Əli Xavəri partiya rəhbərliyinin yenidən bərpa edilməsini təşkil etmişdir.
Əli Xavəri 19 mart 2021-ci il tarixində Berlində ürək çatışmazlığından vəfat etmişdir.
Əli Xavərinin vəfatından sonra onun nadir kitablar, dövri nəşrlər və sənədlərdən ibarət şəxsi kitabxanası ailəsi və İran Tudə Partiyasının üzvləri tərəfindən Berlin Humboldt Universiteti vasitəsilə üç müxtəlif universitet və quruma (Praqada yerləşən Karlov Universitetinin Yaxın Şərq Araşdırmaları Fakültəsi, İsveçrənin Bern şəhərindəki Sığınacaq Axtaranlar və Qaçqınlara Dəstək Təşkilatı (ORS) və Berlindəki Rusiya Evi) bağışlanmışdır. Həmin üç qurumun rəsmiləri müvafiq məktublar göndərərək bu kitabların bağışlanmasına görə öz təşəkkürlərini bildirmişdilər.حزب تودۀ ایران: کتابخانۀ شخصی رفیق علی خاوری در خدمت مطالعۀ کتابخوانان و پژوهندگان قرار گرفت، به نقل از «به سوی آینده» دورۀ دوم، سال سوم، شمارۀ ۱۰، آذر ۱۴۰۳؛ بازدید در ۱۴ فروردین ۱۴۰۴.
İstinadlar
Kateqoriya:Tudə partiyası Kateqoriya:İran şəxsləri