Faizə bint Fuad (; ) — Misir və Sudan kralı I Fuadın qızı.

1923-cü ildə Qahirədəki Abidin sarayında dünyaya gəldi. Atası Misir və Sudan kralı I Fuad, anası isə onun ikinci xanımı Nazlı Səbridir. 17 may 1945-ci ildə Qahirədə bibisi Fatimə İsmayıl xanımın nəvəsi Bülənt Raufla evləndi. Cütlüyün övladı olmadı. Qardaşı I Faruq narazı olsa da, bu evliliyə icazə verdi. Nigahın ardından Nil çayı sahilindəki Zöhrə sarayında yaşadılar. 1950-ci illərin sonunda Misirdə başlayan inqilabi hərəkata təkan verənlərdən biri oldu. Hətta bu səbəblə, qardaşı tərəfindən göz həbsinə alındı. 1952 Misir inqilabının ardından İstanbulda məskunlaşan cütlük 1962-ci ildə boşandılar. Ardından İspaniya, Fransa və ABŞ-da yaşadı. 9 iyun 1994-cü ildə Los-Ancelesdə vəfat etdi və burada yerli məzarlıqlardan birinə dəfn olundu.

Mənbə

Ədəbiyyat

Suha Taji-Farouki (2010). Beshara and Ibn 'Arabi: A Movement of Sufi Spirituality in the Modern World. London: Anqa Publishing. p. 75. ISBN 978-1-905937-26-4 Scotty Bowers; Lionel Friedberg (2012). Full Service: My Adventures in Hollywood and the Secret Sex Lives of the Stars. New York: Grove Press. p. 180. ISBN 978-0-8021-2007-6 Arthur Goldschmidt (2000). Biographical dictionary of modern Egypt. Boulder, CO; London: Lynne Rienner Publishers. p. 191. ISBN 1-55587-229-8 M. Epstein, ed. (1926). The Statesman's Year-Book. London: Palgrave Macmillan. p. 811. ISBN 978-0-230-27058-9 Montgomery-Massingberd, Hugh, ed. (1980). "The French Ancestry of King Farouk of Egypt". Burke's Royal Families of the World. Vol. II: Africa & the Middle East. London: Burke's Peerage. p. 287. ISBN 978-0-85011-029-6

İstinadlar Kateqoriya:Misir müsəlmanları Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri