Mələk Həsən Turxan (; ) — I Misir sultanı Hüseyn Kamilin ikinci xanımı, Misir sultanı.
1869-cu ildə İstanbulda dünyaya gəldi. Atası Osmanlı donanmasında xidmət edən çərkəz əsilli Həsən Turxan Paşadır. Ancaq uşaq yaşlarından etibarən Misir xidivi İsmayıl Paşanın xanımı Çeşmi-afət xanım tərəfindən övladlıq götürüldü. Beləcə, mükəmməl saray təlim-tərbiyəsi aldı. 26 dekabr 1886-cı ildə xidivin sevimli oğlu Hüseyn Kamillə evləndirildi. Cütlüyün bu nigahdan 3 qızı dünyaya gəldi.
Qədriyyə Hüseyn (1888-1955) Səmihə Hüseyn (1889-1984) Bədihə Hüseyn (1894-1913)
Ərinin ingilislərin dəstəyilə Misir sultanı seçilməsinin ardından, 1914-cü ildə sultan ünvanı aldı. Ərinin qısa səltənəti boyunca gözlərdən kənar yaşadı. Ərinin ölümünün ardından, onun ilk evliliyindən doğulan oğlu Kəmaləddin Hüseyn taxt hüququndan imtina etdi və beləcə, Misir taxt-tacı onun qardaşı Əhməd Fuad Paşaya keçdi. Buna baxmayaraq, Mələk Turxan xanım ömrünün sonunadək Kavalalı ailəsi daxilində və Qahirədə böyük nüfuz sahibi kimi yaşadı.
Qalan ömrü boyunca evlənmədi və fərqli Avropa şəhərlərini səyahət edərək yaşadı. 1952 Misir inqilabının ardından Qahirədə yaşamasına icazə verildi və 4 fevral 1956-cı ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat