Antiqoni Bakston (; ) — səhnə adı Antiqoni kimi tanınan Kipr əsilli Birləşmiş Krallıq müğənnisi. Televiziya aparıcısı Tonya Buxtonun qızı olan o, "Love Island" realiti şousunun səkkizinci mövsümündə yarışıb. O, Kipri 2026-cı ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində "Jalla" mahnısı ilə təmsil edərək finalda 19-cu yeri tutub.

Həyatı Antiqoni Bakston 9 mart 1996-cı ildə Londonda anadan olub və böyüyüb. Onun anası Kipr yunanlarından olan teleaparıcı və şef-aşpaz Tonya Bakstondur. Antiqoni mahnı yazmağa hələ yeniyetmə yaşlarından başlayıb, daha sonra isə Adel və Emi Uaynhaus kimi məşhur müğənniləri yetişdirməklə tanınan Londonun "BRIT School" məktəbində təhsil alıb.

19 yaşında o, öz mahnılarını tanınmış "SoundCloud" musiqi platformasına yükləməyə başlayıb, 2019-cu ildə isə yaradıcılığını "YouTube"da nümayiş etdirib. Sonradan Antiqoni "Island Records" ilə müqavilə imzalayıb və pop, eləcə də R&B musiqisinin Aralıq dənizi təsirləri və yunan instrumental musiqisi ilə qarışığından ibarət özünəməxsus səs xüsusiyyətini formalaşdırmağa başlayıb.

Bakston 2022-ci ildə Britaniyanın "Love Island" realiti-şousunun səkkizinci mövsümündə görünərək daha geniş auditoriyaya tanınıb. O, həmçinin 2025-ci ilin sentyabrında "Avroviziya-2024" mahnı müsabiqəsində Yunanıstanı təmsil edən Marina Sattinin Avropa turu çərçivəsində onun konsertlərində açılış sənətçisi kimi çıxış edib.

2025-ci il noyabrın 6-da Kiprin CyBC milli yayım şirkəti Antiqoninin Avstriyanın Vyana şəhərində keçiriləcək "Avroviziya-2026" mahnı müsabiqəsində Kipri təmsil edəcəyini elan edib.

Diskoqrafiya Studiya albomları

Adı Təfərrüatlar A1 Buraxılış tarixi: 19 aprel 2020 Leybl: Инди Format: Musiqi yükləmə, Striminq Hexagon Buraxılış tarixi: 15 sentyabr 2023 Leybl: Инди Format: Musiqi yükləmə, Striminq

Sinqllər

Solo müğənni kimi Adı İl Çartlarda yüksək mövqeyi Albom UKDigital UKSales «Mia zoi» 2018 — — Albom olmayan sinql «2 Steps» 2019 — — A1 «Boosting» — — «Is It Any Wonder?» 2020 — — «Way Too Much» — — rowspan="4" Albom olmayan sinql «Friends» — — «Never Gonna Love» 72 75 «This Ain't Love» 2021 — — «Red Flag» 2022 — — Hexagon «Hit List» — — «You Can Have Him» — — «Long Way Home» — — «Messy» 2023 — — Albom olmayan sinql «Nervous» — — Hexagon «Over» — — «Meine» — — rowspan="8" Albom olmayan sinql «R U Down?» — — «Lie Lie» 2024 — — «Habibi» 2025 — — «Sleeping Alone» — — «Man Behind the Wall» — — «Agapi» — — «Jalla» 2026 23 — "—" müəyyən bir ərazidə yayımlanmamış və ya siyahıya daxil olmayan buraxılışları göstərir.

Dəvətli ifaçı kimi Adı İl Albom «Appetiser» 2021 rowspan="2" Albom olmayan sinql «El helwa zahra» 2025

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:Kiprin "Avroviziya" təmsilçiləri