Nifrət cinayəti və ya qərəz motivli cinayət — bir şəxsə və ya qrupa qarşı irq, dil, din, cinsiyyət və seksual orientasiya kimi amillərə əsaslanan qərəzə görə törədilən və adətən zorakılıq ehtiva edən cinayət əməlləridir.Oxford Dictionary of English 2e, Oxford University Press, 2003, hate crime maddesi Bu anlayış onsuz da qanunla cinayət sayılan əməlləri əhatə edir və qərəzli yanaşmaya görə törədilməsi həmin cinayətə görə verilən cəzanın ağırlaşdırılmasına (artmasına) səbəb olur. Bu cəhətdən nifrət cinayəti nifrət nitqindən fərqli bir anlayışdır. Əgər bu cinayət bir dəfəyə məxsus olaraq törədilməyibsə və davamlılıq təşkil edirsə, cinayəti törədənlər nifrət qrupu adlandırılırlar. Bu cinayətlərin qarşısını almağa və cinayətkarları cəzalandırmağa yönəlmiş qanunvericilik tənzimləmələrinə isə nifrət qanunları deyilir.
Bir cinayətkar tərəfindən hər hansı bir şəxsə və ya mülkə qarşı törədilən cinayət əməlinin əsas motivi həmin şəxsin irqi, rəngi, etnik mənşəyi və ya vətəndaşlığı; dini; cinsiyyəti, seksual orientasiyası, yaşı, fiziki və ya zehni əlilliyi olarsa, bu əməl nifrət cinayəti hesab olunur. Nifrət cinayətləri növbəti formalarda törədilə bilər: Şifahi təhqir, təhdid xarakterli davranışlar, nifrət nitqi, təhqiramiz ləqəb qoymaq, poçt və ya e-poçt vasitəsilə narahat etmək, telefonla və ya mesajla narahat etmək, qraffiti (divar yazısı), fiziki hücum, bullinq, mobbinq, soyğunçuluq, oğurluq, qəsb, təcavüz, zorlama, sataşmaq, hədə-qorxu, zorakılıq, məişət zorakılığı, qəsdən yandırma və ya hər hansı digər üsulla mülkə zərər vurma
Tarixi
Nifrət qanunları və ya digər adı ilə qərəz qanunları, irq, din və etnik mənşə anlayışlarını əhatə edəcək şəkildə ilk dəfə 1980-ci illərdə ABŞ-də qəbul edilmiş, zamanla Avropa dövlətlərinə də yayılmışdır. ABŞ-də nifrət qanunlarının qüvvəyə minməsinin və nifrət cinayətlərinin ən ağır şəkildə cəzalandırılmasının əsas səbəbi, bu ölkənin etnik, dini və mədəni cəhətdən fərqli icmalardan ibarət olmasıdır. Bir mühacir (immiqrant) ölkəsi olan və "Amerikalı" üst kimliyini formalaşdıraraq cəmiyyətdaxili konsensusu və nizamı təmin etməyə çalışan ABŞ-nin qarşılaşdığı başlıca problem ölkədəki irqçilik və ayrı-seçkilikdir. Nifrət qanunları 1990-cı illərdə seksual orientasiya və gender əsaslı cinayətləri də əhatə edəcək şəkildə genişləndirilmişdir.
Nifrət qanunlarının söz azadlığına təsiri barədə müzakirələr
Nifrət qanunlarının əhatə dairəsinin və məzmununun genişləndirilməsi, fikir və ifadə azadlığının məhdudlaşdırılması ilə əlaqədar müzakirələri də özü ilə bərabər gətirmişdir.
ABŞ-də müxtəlif dini institut və təşkilatlar, nifrət qanunlarının homoseksual fərdləri də əhatə edəcək şəkildə genişləndirilməsini pisləmişlər. Onlar iddia etmişlər ki, nifrət qanunları səbəbindən din xadimləri Kitabi-Müqəddəsin homoseksuallığa dair baxışını sərbəst şəkildə dilə gətirə bilməyəcəklər.
Bu gün bir çox Qərb ölkələrində Holokostu inkar etmək və ya bu mövzudakı tarixi məlumatların dürüstlüyünü tənqid atəşinə tutmaq cinayət məsuliyyəti yaradır.
Albaniya, Kipr, San-Marino və Türkiyədə birbaşa "Nifrət cinayəti haqqında" xüsusi müstəqil qanun mövcud deyil. Bununla belə, Türkiyə istisnalar qrupu təşkil etməklə, adıçəkilən digər dövlətlərin hamısı "Kiber-cinayətkarlıq haqqında" konvensiyaya və onun Əlavə Protokoluna tərəf çıxmışlar.
İstinadlar
Xarici keçidlər
Hate crimes information, by Gregory Herek Alexander Verkhovsky Criminal Law on Hate Crime, Incitement to Hatred and Hate Speech in OSCE Participating States – The Hague: SOVA Center, 2016 – 136 pages. Hate Crime Statistics, annual FBI/U.S. Department of Justice report on the prevalence of hate crimes in the United States. Required by the Hate Crime Statistics Act. A Policymaker's Guide to Hate Crimes , a publication by the National Criminal Justice Reference Service, part of the U.S. Department of Justice. Many parts of this article have been adapted from this document. Peabody, Michael "Thought & Crime," Liberty Magazine, March/April 2008, review of recently proposed hate crime legislation and criminal intent issues. "Hate Crime." Oxford Bibliographies Online: Criminology. OSCE Hate Crime Reporting website
Kateqoriya:Nifrət cinayəti Kateqoriya:Cinayətlər Kateqoriya:Təcavüz Kateqoriya:İstismar Kateqoriya:təcavüz və qısnama Kateqoriya:Mövzuya görə LGBT haqları