Zofiya Emiliya Daşinska-Qolinskaya və ya Zofiya Qolinskaya (; ) — polyak sosialist siyasətçisi, sufrajist (qadın hüquqları müdafiəçisi) və professoru. O, Polşanın ilk qadın senatorlarından biri olub.

Həyat və fəaliyyəti Daşinska-Qolinskaya 1866-cı ildə Varşavada anadan olub. Onun həm atası, həm də anasının ailəsi təhsilli olub. O, sosial məsələlərə və elmə maraq göstərməyə başlayıb, Varşava hökumət məktəbində təhsil aldıqdan sonra Sürixə yollanır.Sophia Daszyńska-Golińska (1866–1934) , retrieved April 2014 İsveçrədə o; fəlsəfə, tarix, siyasət və iqtisadiyyat üzrə təhsil alıb. Sürixdə o, Stanislav Mendelson tərəfindən Cenevrədə nəşr olunan "Walka Klas" jurnalı ətrafında toplaşan tələbə dərnəyinə qoşulub. "Olimp" adlanan bu dərnək sosialist baxışlı gənclərdən: Barbora Burbayte, Feliks Daşinski, Stanislava Poplavska və həyat yoldaşı, Mariya Kozlovskaya, Aleksander Tupalski, Qabriel Narutoviç, Joanna Narutoviç, Teodor Kodis, Aleksander Dembski (Aleksander Dębski) və Jozefa Kodis ibarət olub.

O, İsveçrədə siyasi fəal Feliks Daşinski ilə ailə həyatı qurub, lakin bu evlilik iki ildən sonra, həyat yoldaşının vərəm xəstəliyindən vəfat etməsi ilə başa çatıb. Onun qaynı İqnasi Daşinski qardaşının mirasını davam etdirərək Polşa Sosialist Partiyasını təsis edib və Polşanın ilk Baş naziri olub. İkinci həyat yoldaşı Qolinski adlı botanik olsa da, o, birinci yoldaşı ilə paylaşdığı siyasi baxışlara maraq göstərməkdə davam edib. 1891-ci ildə o, XVIII əsr Sürix əhalisinə dair demoqrafiya sahəsində doktorluq elmi işini yazıb.

O, Səyyar Universitetdə təhsil alıb. Tələbələri müxtəlif kurslara qəbul edən bu təşkilat 1885-ci ildən 1907-ci ilə qədər fəaliyyət göstərib və həmin il rəsmi status qazanaraq Elmi Araşdırmalar Cəmiyyətinə çevrilib. Daşinska-Qolinskaya, 1894-cü ildən 1896-cı ilə qədər Berlində dosent kimi dərs deyib, sonra isə Krakova köçüb. Polşa Sosialist Partiyasını dəstəkləyən Daşinska-Qolinskaya, kitablar yazaraq, akademik məqalələr dərc etdirib. 1919-cu ildə o, Azad Polşa Universitetində professor olub. İqtisadiyyat və sosial məsələlər, o cümlədən əməyin mühafizəsi mövzularında mühazirələr oxuyub.

Daşinska-Qolinskaya 1928–1923-cü illərdə BBWR partiyasını təmsil edərək Polşa senatı deputatı olub. Təxminən bu dövrdə o, "Qadınların Kiçik Antantası" da daxil olmaqla, bir sıra aparıcı feminist təşkilatların üzvü olub.

İrsi Zofiya Qolinskaya 1934-cü ildə Varşavada vəfat edib. O, "Polşanın Dirçəlişi" Ordeninin Zabit xaçı ilə təltif edilib. Müəllifin səksəndən çox nəşr olunmuş kitabı var ki, bura 1900-cü ildə "Sosializmdə sıçrayış", 1906–1907-ci illərdə işıq üzü görmüş iki cildlik "Sosial iqtisadiyyat", 1921-ci ildə "Gələcək üçün kooperativ sistem vasitəsilə", 1927-ci ildə "Əhali siyasəti məsələləri" və 1933-cü ildə "Sosial siyasət" kitabları daxildir.Zofia Daszyńska-Golińska , portalwiedzy.onet.pl, retrieved 54 April 2014

İstinadlar