thumb|1939-cu ildə Rumıniyanın xəritəsi. Şimali Transilvaniya sarı rənglə qeyd olunub

thumb|1940-cı ildə Rumıniyanın ərazi itkiləri

Şimali Transilvaniya (, ) — Transilvaniyada, Rumıniyanın şimal-qərbində yerləşən tarixi vilayət.

Tarixi

1918-ci ildə Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra rumınlar və macarların məskunlaşdığı bu tarixi region 1 dekabr 1918-ci ildə Rumıniya krallığı tərəfindən ilhaq edilmişdir. Şimali Transilvaniyanın Rumıniyaya birləşdirilməsi ilə vahid rumın milli dövlətinin yaradılması prosesi başa çatmışdır. Hazırda 1 dekabr Rumıniyada Milli Vəhdət Günü kimi qeyd olunur.

29 dekabr 1919-cu ildə Rumıniya parlamenti Bessarabiya, Bukovina və Transilvaniyanın ölkəyə birləşdirildiyini təntənəli şəkildə elan etmişdir.

1920-ci ildə Millətlər Liqasının Ali Şurası Trianon sülh müqaviləsi ilə Rumıniyanın işğal olunmuş ərazilər üzərindəki hüquqlarını təsdiqləmiş və Şimali Transilvaniya rəsmən Rumıniya krallığının tərkibinə daxil olmuşdur. O dövrdə əhalinin 54%-ni rumınlar, 34%-ni macarlar, 12%-ni isə almanlar, yəhudilər, qaraçılar, ukraynalılar, serblər və slovaklar təşkil edirdi.

Bu regionun ayrıca bir termin kimi formalaşması İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. 30 avqust 1940-cı ildə imzalanan İkinci Vyana arbitrajının şərtlərinə görə, əsasən macar əhalinin yaşadığı bu torpaqlar Macarıstan krallığının mülkiyyətinə keçmişdir.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra, 1947-ci il Paris sülh müqaviləsinin şərtlərinə əsasən Şimali Transilvaniya yenidən Rumıniyaya qaytarılmışdır.

İstinadlar

Xarici keçidlər

Map

Kateqoriya:Rumıniya tarixi Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:İkinci dünya müharibəsində Rumıniya Kateqoriya:Rumıniyanın tarixi vilayətləri