"The Daily Star" (azərbaycan dilinə tərcümədə "Gündəlik ulduz" deməkdir) — Yaxın Şərq ölkələrində yayılan Livandakı ingilisdilli keçmiş bir qəzet. 1952-ci ildə Kamil Mrova tərəfindən təsis edilib, çap formatını 2020-ci ilin fevral ayında dayandırıb, və 31 oktyabr 2021-ci ildə tamamilə bağlanıb.
Tarixi Qəzet 1952-ci ildə ərəb dilindəki gündəlik "Əl-Həyat" qəzetinin naşiri Kamil Mrova tərəfindən neft sənayesi sayəsində sayı artan əcnəbilərə xidmət göstərmək üçün təsis edilib. "Daily Star" qəzeti "Əl-Həyat" qəzetinin ingilis dilindəki nəşri kimi təsis edilmişdir. Əvvəlcə Livanda yayımlanan və daha sonra bütün bölgəyə yayılan "The Daily Star" qəzeti yalnız xarici işçilərin vətənləri haqqında xəbərlər çatdırmaqla kifayətlənməyib, həm də onları region haqqında məlumatlandırmağa xidmət edib. O, 1960-cı illərində Yaxın Şərqdəki aparıcı ingilisdilli qəzet idi.
1966-cı ildə Mrovanın ölümündən sonra onun dul arvadı Salma Əl Bissar qəzet üzərində məsuliyyəti ələ keçirdi və Livanda vətəndaş müharibəsinin başlaması nəşrin dayandırılmasına səbəb olana qədər qəzetə rəhbərlik etdi. 1983-cü ilin əvvəllərində sülh ümidləri artdıqca, qəzet Mrovanın oğullarının rəhbərliyi altında nəşrini yenidən başlatdı, lakin müharibənin şiddətlənməsi qəzeti yenidən təzyiq altına saldı. Ziyalıların ölkədən qaçması qəzet heyətini və oxucu auditoriyasını tükəndirdi. Buna baxmayaraq, qəzet 1985-ci ilin ortalarına qədər gündəlik, daha sonra isə bir il həftəlik olaraq nəşrini davam etdirsə də sonradan yenidən nəşrini dayandırdı. Gündəlik yayımın ilk redaktorlarından biri Cihad Xazen idi.
2004-cü ildə "The Daily Star" qəzeti Livan və regional nəşrlərini birləşdirərək Fars körfəzi bölgəsindəki livanlı mühacirlərə diqqət yetirməyə qərar verdi. Vahid nəşr Küveyt istisna olmaqla, əksər ölkələrdə nəşr olunurdu. Küveytdə qəzet yerli ərəb dilindəki gündəlik buraxılan "Əl-Vətən" qəzeti ilə əməkdaşlıq vasitəsilə nəşr olunurdu.
Maliyyə çətinliklərinə görə iki həftə (14 yanvar - 31 yanvar 2009-cu il) müddətinə qəzetin çapı Livan məhkəməsinin qərarı ilə dayandırıldı. Veb-sayt da yenilənmirdi. Qəzet 2009-cu ilin fevral ayının ikinci həftəsində yığılan borcun ödənilməsi ilə bağlı kreditorlarla müəyyən razılaşmalar əldə edərək nəşrini bərpa etdi.
4 fevral 2020-ci ildə qəzet maliyyə çətinlikləri səbəbindən çap nəşrinin müvəqqəti olaraq dayandırıldığını elan etdi.
13 oktyabr 2021-ci ildə qəzet onlayn xəbər yayımının "bizdən asıllı olmayan" səbəblərdən müvəqqəti olaraq dayandırıldığını bildirdi. Bir neçə həftə sonra, 31 oktyabr 2021-ci ildə qəzetin baş redaktoru Nadim Ladki işçilərinə qəzetin rəsmi olaraq bağlandığını bildirdi.Lebanon’s The Daily Star shuts down after years of financial problems Al Arabiya. 1 November 2021.
Sahiblik Sərhədsiz Reportyorlar və Samir Kassir Fondunun təşəbbüsü olan "Media Ownership Monitor"-a görə, "The Daily Star" qəzeti "D.S. Holding and Millennium Development" şirkətləri vasitəsilə siyasətçi Həriri ailəsinin üzvlərinə məxsus idi.
Dövriyyəyə buraxılması “The Daily Star” qəzeti 2000-ci ildə “International Herald Tribune” ilə eksklüziv marketinq təmsilçiliyi, çap və dövriyyəyə buraxılma müqaviləsi imzaladı. Müqavilənin şərtlərinə əsasən, "The Daily Star" qəzeti IHT-ni Körfəz Əməkdaşlıq Şurası (KƏŞ), Livan, Suriya, İordaniya, Misir, Yəmən və İraqda təmsil edirdi. “The Daily Star” qəzeti həmçinin Küveytdə yerli nəşr təşkil etdi. IHT qəzetin uzunluğunu qısaltmaq istəməsi mübahisəyə səbəb oldu və "The Daily Star" rəhbərliyi razılaşmanı pozmaq qərarına gəldi. Qəzet 2009-cu ilin yanvar ayında müvəqqəti olaraq bağlandıqdan sonra onun həcmi xeyli sayda azaldı, üstəlik bu, IHT ilə əməkdaşlığın bitməsindən sonra baş verdi.
Dağılması 17 oktyabr inqilabından sonra bəzi siyasi mediaya qarşı kəskin reaksiya ilə xarakterizə olunan istehlakçı davranışındakı dəyişikliklər fonunda The Daily Star gəlirlərini və oxucu kütləsini itirməyə başladı. 2020-ci ilin fevral ayında "The Daily Star" qəzeti reklam sifarişlərini qazana bilmədiklərini əsas gətirərək çap nəşrlərini dayandırdı. Şirkət həmçinin işçilərinə maaş ödəyə bilmirdi və bir çoxları ən azı 6 ay maaş almadan işlədiklərini bildirirdilər; oxşar hal Həririlərin sahib olduğu "Future TV" kimi digər media qurumlarında da rast gəlinirdi. 2020-ci ilin dekabr ayı etibarilə, o, artıq Livandakı ingiliscə xəbərlərinin yayımlanmasında aparıcı mövqeyini itirdi və onilliklərdir davam edən mövqeyini "The961"-ə uduzdu.
Mübahisəli hadisələr "The Daily Star" qəzeti, nasirçilik əleyhdarı olan Kamel Mrovanın rəhbərliyi dövründə İran kəşfiyyat agentliyi SAVAK-a yaxın olan Livan qəzetlərindən biri idi. Lakin İranla münasibətlər qəzetin ofisinə Misir prezidenti Camal Nasir əleyhinə geniş məqalələr dərc etdiyinə görə hücum edildikdən və İranın İsraili tanımasından sonra sona çatdı.
Həririlərin sahib olduğu "The Daily Star" və "Future TV" kimi digər media orqanları işçilərinin maaşlarını vermirdilər. Məvacibin ödənilməməsi səbəbindən şirkətdə tətil təşkil edən işçiləri işdən qovdular. Onların çoxu sonradan "L'Orient le Jour"-un ingilis dili bölməsi olan "L'Orient Today"-ə qoşuldu.
Camal Qaşıqçı məqalələri Camal Qaşıqçı Səudiyyə Ərəbistanı üzrə siyasi analitik və ingilisdilli "Arab News" qəzetinin redaktor müavini kimi çalışıb və "The Daily Star" qəzeti üçün bir neçə şərh dərc edib. 2002-ci ildən bəri o, Qərb ölkələrində mülayimliyin tərəfdarlığı və ekstremizmə qarşı mübarizə aparmağı dəstəkləyən fikirlər bildirmişdir, Bin Ladeni "ekstremist cihad" qurbanı olan mötədil bir şəxs adlandırmışdır, Qəzza və Qərb Şəriyədəki Cenevrə konvensiyalarına tətbiq edilməsinə çağırış etmişdir. Həmçinin, xüsusilə 1991-ci il Körfəz müharibəsinin "bal ayı"ndan sonra ABŞ-İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinə şübhə ilə yanaşdığını etiraf etmişdir, çünki fələstinlilərin evlərinin sökülməsi ABŞ rəsmisi Kolin Pauell və İsrail hökuməti tərəfindən dəstəklənirdi. Əlavə olaraq, o, inanırdı ki, ABŞ-nin Səudiyyə Ərəbistanı ilə xoş əlaqələrin səbəbi Səudiyyə Ərəbistanının dünyanın sübut olunmuş neft ehtiyatlarının dörddə birinə sahib olmasından ibarət idi.
"Cersi Qızları" kimi tanınan 11 sentyabr hadisələrinin dörd dul qadınından biri Ədliyyə Nazirliyi tərəfindən 11 sentyabr hadisələrinin ailələrinin məhkəmə iddialarını dəstəkləyən və sənədlərin açıqlanmasından bir müddət sonra Qaşıqçının yoxa çıxmasının çox qəribə bir hal olduğunu qeyd etmişdir, həmin sənədlər Səudiyyə hökumətinin 11 sentyabr hücumlarında əli olduğunu işarə edə bilər.
İstinadlar
Kateqoriya:1952-ci ildə Livanda yarananlar Kateqoriya:2021-ci ildə Livanda ləğv olunanlar Kateqoriya:Livanda nəşr olunan gündəlik qəzetlər Kateqoriya:Nəşri dayanan Livan qəzetləri Kateqoriya:Beyrutda nəşr olunan qəzetlər Kateqoriya:Nəşri dayanan gündəlik qəzetlər Kateqoriya:2021-ci ildə çapı dayanan nəşrlər