Mariya Naumova-Bulita (; ) — səhnə adı Mariya N olan Latviyalı müğənni və bəstəkar. O, 2022-ci ildə isə "I Wanna" mahnısı ilə Latviyanı Avroviziya Mahnı Müsabiqəsində qalib edib. Mariya N pop musiqisindən tutmuş musiqili teatr (müzikl) və caz janrına qədər geniş bir repertuarı ifa edir. O, Latviya, fransız, ingilis, rus və portuqal dillərində mahnıların yer aldığı bir neçə albom yazdırıb. Həyatı Mariya Naumova 1994-cü ildə tanınmış Latviya musiqiçisi Raymonds Pauls tərəfindən kəşf edilib və bir il sonra istedad sorağında olan verilişlərlə televiziyada çıxış etməyə başlayıb. O, heç vaxt qalib gəlməsə də, tamaşaçıların diqqətini cəlb edə bilib. 1998-ci ildə Corc Gerşvinin 100 illik yubileyinə həsr olunmuş konsertdə çıxış edib. 1998-ci ilin martında o, məşhur Latviya musiqiçiləri ilə birlikdə səhnə alıb və bu konsertlərdən biri CD-yə yazdırılıb. Bu, onun karyerasına böyük təkan verib; o, bir çox musiqi tədbirlərində, televiziya və radio şoularında iştirak etməyə, Latviya qəzetlərinə müsahibələr verməyə başlayıb.

Naumovanın tamamilə rus dilində olan ilk solo albomu 1999-cu ildə işıq üzü görüb. 2000-ci ildə Latviya ilk dəfə Avroviziya Mahnı Müsabiqəsində iştirak edib. Naumova milli finala yüksəlsə də, "Brainstorm" qrupundan geri qalaraq ikinci yeri tutub. 2001-ci ildə o, Latviyanın ön seçimlərində yenidən iştirak edərək "Hey Boy Follow Me" mahnısını ifa edib. Mahnı xalqın sevimlisi seçilsə də, ekspert münsiflər heyəti tərəfindən bəyənilməyib. Naumova "I Wanna" mahnısı ilə Latviyanı təmsil etmək hüququ qazanmaq üçün daha bir il gözləməli olub. O, həmçinin bu mahnının musiqisinin müəllifi və mətninin həmmüəllifidir. Avroviziya Mahnı Müsabiqəsi 2002-də onun "I Wanna" ifası yarışmanın qalibi olub və Latviyaya ilk (və yeganə) Avroviziya qələbəsini qazandırıb.

Müəllif və tarixçi Con Kennedi O'Konnorun "Avroviziya Mahnı Müsabiqəsi – Rəsmi Tarix" kitabında qeyd etdiyi kimi, müsabiqədəki uğuruna baxmayaraq, "I Wanna" öz ölkəsinin hüdudlarından kənarda buraxılmayan ilk Avroviziya qalibi kimi qəribə bir ad qazanıb. Hətta Latviyanın özündə belə, bu sinql heç vaxt ilk 30-luğa daxil ola bilməyib.

Qələbə qazandığı ilin noyabrında o, biri ingilis, digəri isə Latviya dilində olmaqla iki yeni solo albom yazdırıb. Müğənni albomlarını Latviya boyu çıxdığı turne ilə dinləyicilərə təqdim edib. Naumova, 2000-ci ildəki müsabiqədə 3-cü yeri tutan Latviyanın "Brainstorm" qrupunun üzvü Renars Kaupers ilə birlikdə Avroviziya Mahnı Müsabiqəsi 2003-ün aparıcısı olub. 2004-cü ildə Naumova "Musiqi Səsləri" (The Sound of Music) müziklində baş rolu ifa edərək müğənnilik və aktyorluq istedadını uğurla birləşdirib.

Diskoqrafiya Albomları 1998: До светлых слёз 2000: Ieskaties acīs 2001: Ma Voix, Ma Voie (LV:Gold certification) 2002: On A Journey 2002: Noslēpumi 2004: Nesauciet sev līdzi 2005: Another Dream 2010: Lullabies 2016: Uz Ilūziju Tilta Televiziyada fəaliyyəti

İl Adı Rolu Notes 2003 Avroviziya Mahnı Müsabiqəsi Aparıcı aparıcı Renars Kaupers ilə birlikdə

İstinadlar

Xarici keçidlər Официальный сайт

Kateqoriya:Latviya müğənniləri Kateqoriya:Latviyanın "Avroviziya" təmsilçiləri