Birinci İpək — Azərbaycan Respublikasının Laçın rayonunun Bülüldüz kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd dağətəyi ərazidədir. 1933-cü ildə ərazidə Birinci, İkinci və Üçüncü İpək adlı üç kənd qeydə alınmışdır. Sonralar iki kəndin adı dəyişdirilmiş, yalnız Birinci İpək toponimi olduğu kimi saxlanılmışdır.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Əhalisi Yerli Türk mənşəli olan İpək kənd əhalisi 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur.

Tanınmış şəxslər Bəxtiyar Kavanlı — Şair, Birinci Qarabağ müharibəsi iştirakçısı.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

Xarici keçidlər Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır

Kateqoriya:Laçın rayonunun kəndləri