Seyid Həsən İmami () () — İran şiə müctəhidi, 1968-ci ilə qədər Tehran Universitetinin mülki hüquq professoru, Milli Məclisin (Məclisi-Şurayi-Milli) 17-ci çağırış deputatı və 1-20 iyul 1952-ci il tarixlərində onun sədri, həmçinin Məhəmməd Rza Pəhləvinin dövründə, 1 fevral 1946-cı ildən 18 yanvar 1979-cu ilə qədər İran Senatının üzvü və Tehran şəhərinin cümə namazı imamı.http://wikinoor.ir/حقوق_مدنی_(امامی،_حسن)
İmami dini təhsilini Nəcəfdə, ali universitet təhsilini isə İsveçrədə almışdır. O, 1945-ci ildə əmisi Seyid Məhəmməd İmamzadənin vəfatından sonra Tehranın cümə namazı imamı vəzifəsini öhdəsinə götürmüş və 1979-cu il islam inqilabına qədər bu vəzifəni icra etmişdir.
Həsən İmami 1952-ci ildə 17-ci çağırış Milli Məclisə keçirilən qalmaqallı seçkilərdə İran Milli Cəbhəsi hökumətinin müxalifi kimi parlamentə daxil olmuşdur. O, qısa müddət ərzində (1-20 iyul) Milli Məclisin sədri vəzifəsini də tutmuşdur., lakin 21 iyul hadisələrindən (30 tir hadisələri) sonra sədrlikdən istefa vermiş və parlamentin iclaslarında iştirak etməmişdir. Bundan sonra fəaliyyətini daha çox universitetdə cəmləşdirən İmami İranın ən mühüm hüquq professorlarından biri sayılmış, eyni zamanda Senatın da üzvü olmuşdur.در دامگه حادثه، خاطرات پرویز ثابتی، نوشته عرفان قانعی فرد، صفحه 208
İmami Məhəmməd Rza Pəhləvinin yaxın çevrəsinin üzvü hesab olunurdu və bazari kimi ənənəvi siniflərlə, eləcə də mason lojaları ilə sıx əlaqələri var idi.
Həyatı Seyid Həsən İmami 1903-cü ildə Qacar dövlətinin paytaxtı olan Tehran şəhərində anadan olmuşdur. O, hamısı Tehranın cümə namazı imamı olmuş Seyid Mirzə Əbülqasım Tehraninin oğlu, Seyid Zeynalabdinin nəvəsi və Mirzə Əbülqasım İmamzadənin nəticəsidir. Rusiya imperiyası tərəfindən idarə olunan "Prokimniaj" məktəbində ibtidai təhsilini başa vurduqdan sonra fiqh, din elmləri, ərəb ədəbiyyatı, məntiq və digər sahələri öyrənmək üçün Nəcəf elmi hövzəsinə yollanmış və müctəhidlik dərəcəsinə yüksəlmişdir. 1928-ci ildə müasir hüquq elmini öyrənmək məqsədilə İsveçrəyə getmişdir. Lozanna Universitetinin Hüquq fakültəsində beş il fərdi hüquq (mülki hüquq) sahəsində təhsil aldıqdan sonra, 1933-cü ildə "İslam şiə fiqhində mehrin hüquqi əsası" mövzusunda dissertasiya müdafiə etmiş və hüquq elmləri doktoru elmi dərəcəsini qazanmışdır. İmaminin Məhəmməd Müsəddiq ilə qohumluq əlaqəsi Müsəddiqin həyat yoldaşı, Nəsrəddin şah Qacarın nəvəsi və Həsən İmaminin ögey bibilərindən biri olan Zəhra Ziyayüs-Səltənə) vasitəsilə mövcud olmuşdur.
Elmi fəaliyyəti İrana qayıtdıqdan sonra İmami bir müddət Hüquq Ali Məktəbində, eləcə də İlahiyyat (Məqul və Mənqul) fakültəsində "Hüquq tarixi və İslam hüququ" fənlərindən dərs demişdir. 1938-ci ildə hakimlik vəzifəsinə təyin olunmuş, 1944-cü ildə isə Tehran şəhər Ədliyyə İdarəsinin başçısı vəzifəsinə gətirilmişdir. Uzun müddət Tehran Universitetində "Daşınmaz əmlakın qeydiyyatı hüququ", "Mülki mühakimə prinsipləri", "Mülki hüquq" və "Mülki qanunvericiliyin şərhi" fənləri üzrə professor kürsüsünə rəhbərlik etmişdir. Daha sonra yenidən İsveçrəyə səfər etmiş və bu səfərin nəticəsi olaraq altı cildlik "Mülki hüquq" kitabını qələmə almışdır. Bu əsər hazırda da bu sahədə tədris, mütaliə və tədqiqat üçün ən mühüm mənbə və istinad vəsaitlərindən biri hesab olunur. İmami Məhəmməd Cəfər Cəfəri Ləngərudi, Nasir Katuziyan, Seyid Hüseyn Səfai və Mehdi Şəhidi ilə yanaşı, İranın mülki hüquq sahəsində özünəməxsus üslubu olan tanınmış professorlarından biridir.
Siyasi fəaliyyəti İmami Məhəmməd Rza Pəhləvinin yaxın çevrəsinin üzvü hesab olunurdu və bazari kimi ənənəvi siniflərlə, eləcə də mason lojaları ilə sıx əlaqələri var idi. O, ailəsinin dini mühafizəkarlıq tarixinə baxmayaraq, Rza şah Pəhləvinin sekulyar islahatlarını dəstəkləmişdi. İmami anqlofil siyasətçi və Məhəmməd Müsəddiqə və onun siyasətinə qarşı qəti düşmən kimi təsvir olunmuşdur.
1952-ci ildə İran qanunvericilik seçkilərində İmami heç vaxt orada olmadığı kürd və sünni şəhərlərindən Mahabaddan namizəd kimi iştirak etmişdir. O, "Ərtiş"nin müdaxiləsi ilə seçilmiş, buna görə də Məhəmməd Müsəddiq parlamentdən onun etimadnaməsinin rədd edilməsini istəmişdir, lakin yekunda onun vəzifəsi təsdiqlənmişdir. 1 iyul 1952-ci ildə o, İran Parlamentinin Sədri seçkilərində İran Milli Cəbhəsinin dəstəklədiyi Abdulla Müəzzəmini məğlub etmişdir. İmami 21 iyulda Məhəmməd Müsəddiq tərəfdarı nümayişlərdən sonra ölkədən qaçmış və Cenevrədən göndərdiyi mesajda istefasını təqdim etmişdir.
Vəfatı Şahın İrandan reallaşan son səfəri zamanı o, hava limanında dua mərasimində iştirak etməkdən imtina etmiş və şahın gedişindən iki gün sonra, 1979-cu ilin yanvar ayında İranı tərk etmiş və İsveçrəyə yollanmışdır. İmami 14 iyul 1979-cu ildə İsveçrədə xərçəng xəstəliyindən vəfat etmişdir. O, Məhəmməd Rza Pəhləvinin yaxın tərəfdarlarından biri kimi tanınmışdır.
Əsərləri Ḥoqūq-e madanī (Civic Jurisprudence; 6 vols., Tehran, 1335-42 Š./1956-63)
İstinadlar