Ogüst-Anri Forel (; ) – İsveçrə mirmekoloqu və neyroanatomu. İnsan beynini, eləcə də, qarışqaların beynini araşdırmışdır. Neyron nəzəriyyəsinin yaradıcılarından biridir. Onun təsviri 1978–2000-ci illərdə 1000 İsveçrə frankı əsginasında əks olunmuşdur.

İlk illəri Ogüst Forel 1848-ci ildə İsveçrənin Morj şəhərində doğulmuşdur. Onun əmisi entomoloq idi və balaca Ogüstü entomologiya ilə tanış etmişdir. Pyer Huberin kitabını oxuduqdan sonra qarışqalara maraq göstərməyə başlamışdır.

Elmi töhfələri

Neyron nəzəriyyəsi Forel apardığı təcrübələrdən sonra neyronların sinir sisteminin əsas elementləri olduğunu irəli sürmüşdür. "Neyron" termini Forelin əsəri haqqında rəy yazmış Henrix Vilhelm Valdeyer tərəfindən ortaya atılmışdır. Forel Valdeyerin bu nəzəriyyəyə görə tanınmasından məyus olmuş və neyrologiyaya marağı azalmışdır. O, 1877-ci ildə beyinin qeyri-müəyyən zonasını təsvir etmişdir.

Mirmekologiya Forel İsveçrənin cənubuna etdiyi səyahətdən sonra "İsveçrə qarışqaları" adlı 450 səhifəlik esse yazmışdır. Əsər 1874-cü ildə üç hissə formasında elmi jurnalların birində nəşr olunmağa başlamışdır. O, Çarlz Darvinə əsərin bir nüsxəsini göndərmiş və Darvin əsəri tərifləmişdir. Forel 1898-ci ildə qarışqalar arasında trofallaksisi kəşf etmişdir.

Forel qarışqaların kommunikasiyasını yaxşı başa düşmək üçün 1886-cı ildə müxtəlif qarışqa növlərinin bığcıqlarını kəsmiş və onların davranışını müşahidə etmək üçün qutuya qoymuşdur. O, bığcıqsız qarışqaların digər qarışqalara daha az aqressiv davrandığını müşahidə etmişdir. O, qarışqaların düşmənlə dostu fərqləndirmək üçün bığcıqlardan istifadə etdiyini irəli sürmüş və tapıntılarını 1908-ci ildə "Həşəratların hisləri" əsərində yayımlamışdır.

Forel 1919-cu ildə beşcildlik böyük əsəri olan "Qarışqaların sosial dünyası" əsəri üçün heyvan rəssamı Erix Heynrixi işə götürmüşdür. Əsər 1921-ci ildə fransız dilində nəşr olunmuşdur.

Şəxsi həyatı Forel öz evinə "Qarışqa koloniyası" () adını vermişdir.Sleigh, Charlotte (2007) Six legs better : a cultural history of myrmecology. The Johns Hopkins University Press. 1900-cü ildə evgenik olmuşdur. 1920-ci ildə bəhailik inancını qəbul etmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:İsveçrə psixiatrları Kateqoriya:Mirmekoloqlar Kateqoriya:Bəhailər Kateqoriya:Zoologiya taksonlarının müəllifləri