Azərbaycan Basketbol Liqası 2025/2026 – basketbol üzrə XXXI Azərbaycan çempionatı. Mövsüm 26 sentyabr 2025-ci ildə "Sabah"–"Neftçi" oyunu ilə başlamışdır. 20 tur davam edən müntəzəm mövsüm A və B qrupları üzərindən keçirilmişdir. A qrupundan ilk 3 yeri tutmuş klublar və B qrupunun qalibi birbaşa pley-off mərhələsinə, qalan klublar isə pley-in mərhələsinə keçmişdirlər.
"Sabah" klubu final seriyasında "Abşeron Lions" klubunu 3–0 hesabı ilə məğlub edərək ardıcıl 4-cü çempionluğunu qazanmışdır. Son 4 yeri tutan "Lənkəran", "Sərhədçi", "Sumqayıt" və "Quba" klubları ikinci liqaya düşmüşdür.
Komandalar və yerlər Liqada 12 komanda iştirak etmişdir. "Abşeron" klubu 2025-ci ildə adını dəyişərək 2025/2026 mövsümündə "Abşeron Lions" adı ilə yarışmağa başlamışdır. KomandaYerArenaAbşeron LionsXırdalanAbşeron Olimpiya İdman KompleksiLənkəranLənkəranLənkəran Olimpiya İdman KompleksiGəncəGəncəGəncə İdman Sarayı, Gəncə Olimpiya İdman KompleksiQubaQubaQuba Olimpiya İdman KompleksiNaxçıvanBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziNeftçiBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziNTDBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziOrduBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziSabahBakıBakı İdman Sarayı, Sərhədçi İdman MərkəziSərhədçiBakıSərhədçi İdman MərkəziSumqayıtSumqayıtSumqayıt Olimpiya İdman KompleksiŞəkiŞəkiŞəki Olimpiya İdman Kompleksi
Reqlament Çempionatın oyunları dörd dövrəli, 20 turdan ibarət sistem üzrə keçirilmişdir. Müntəzəm mövsümün oyunları A və B qrupları üzərindən baş tutmuşdur. Qrupların müəyyənləşdirilməsində klubların əvvəlki mövsümdəki nəticələri nəzərə alınmışdır. Müntəzəm mövsümün A qrupunun oyunlarında meydançada 4 əcnəbi və 1 yerli basketbolçunun olması tələbi qoyulmuşdur. B qrupunun oyunlarında isə 15-ci tura qədər 3 əcnəbi və 2 yerli basketbolçunun, 16-cı turdan etibarən isə 4 əcnəbi və 1 yerli basketbolçunun oynaması müəyyələndirilmişdir.
A qrupunu ilk 3 sırada tamamlamış komandalar və B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanmışdır. Qruplarda digər yerləri tutmuş komandalar isə pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanmaq üçün pley-in oynamışdırlar. Pley-ində ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə əldə əldə etmişdir. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam etmişdir. Final seriyasında isə ən tez 3 qələbə qazanmış klub mövsümün çempionu olmuşdur.
Çempionatın yekun nəticələrinə əsasən ilk 8 yeri tutan klublar növbəti mövsüm üçün liqadakı yerlərini qorumuşdurlar. Son 4 yeri tutan klublar isə 2026/2027 mövsümündən təşkil olunacaq ikinci liqada oynayacaqlar.
Müntəzəm mövsüm Nəticələr
Pley-in
Pley-off
1/4 final
Yarımfinal
Final
Həmçinin bax Basketbol üzrə Azərbaycan Kuboku 2026
Qeydlər
İstinadlar
2025/2026