Seyidlər — Azərbaycan Respublikasının Laçın rayonunun Pircahan kənd inzibati ərazi dairəsində kənd.

Deyilənlərə görə, Böyük Seyidlər kəndinin əsasını XII–XIII əsrlərdə Səudiyyə Ərəbistanın Hicaz bölgəsindən köçüb gəlmiş tərəkəmə–bədəvi ailələlərindən olan Seyid Əli Xəlifənin soyu–şəcərəsi tərəfindən qoyulmuşdur. Zəngəzur və Qarabağ bölgəsinin ən ağır–kəramətli seyidlərindən biri kimi Seyid Əli Xəlifə bu kənddə dünyasını dəyişmiş, onun məzarı üstündə sərdabə tikilmiş və məşhur ziyarət ocağı kimi dini–irfanı məbədə çevrilmişdir. Onun nəsil şəcərəsindən olan "Seyid Hüseyn ocağı" da bu kəndin ziyarətgahı olmaqla, ibadət əhlinin üz tutduğu sakral məkanlardan biridir. "Güllü qəbir piri"-də (Qarabağın tanınan kəramət–irfan sahiblərindən olan Xudavəndə Xəlifənin nəvəsi Hacı İbrahim ağanın bu kənd qəbirstanlığındakı məzarı) müqəddəs yer kimi Böyük Seyidlər kəndinin ibadət ocağıdır. Böyük Seyidlər kəndinin sakral və maddi-tarixi abidələri sırasındakı nadir tikililərdən biri də XVII–XVIII əsrə aid Həkəri çayının sağ qolu olan Şəlvə çayı üzərindəki birtağlı "Seyidlər körpüsü"dür. Sakral–toponimik coğrafi məkan olan Böyük Seyidlər kəndinin dini–irfani soylarından Seyid İsmayıl Məşədi Məmi oğlunun (1828–1914) və Seyid Məşədi İmran Ağanın (1840–1932), Hacı Mirəziz ağanın (1867–1928) adları xüsusi ehtiramla çəkilir.

Tarixi Seyidlər kəndi dağətəyi ərazidədir. Kənd seyidlər nəslinin adını daşıyır.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Əhalisi 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi şiə kürdlərdən ibarət olmuşdur.

Tanınmışları Seyid Lazım Ağa (1880–1994) — Azərbaycanın ən tanınmış seyidlərindən biri. Rafiq Nağıyev (hərbçi) (1957–) — Azərbaycan zabiti. Feyziyev Mirəli — Polkovnik (Qarnizon Komandiri).

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

Xarici keçidlər Seyidlər Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Laçın nahiyəsinin sakral toponimləri, maddi-mənəvi irsi və coğrafiyası

Kateqoriya:Laçın rayonunun kəndləri