Alis Kallaçi (; ) — Alis adı ilə tanınan Albaniya müğənnisi və bəstəkarı. O, Albaniyanın "X Factor" musiqi yarışmasının beşinci mövsümünün qalibi olub. Alis, Avroviziya Mahnı Müsabiqəsi 2026-da Albaniyanı "Nân" mahnısı ilə təmsil edib.

Həyatı Alis Kallaçi 29 iyun 2002-ci ildə Şkoder şəhərində anadan olub və böyüyüb. O, "Prenk Jakova" İncəsənət Məktəbində fortepiano ixtisası üzrə diplom alıb. Hazırda musiqi pedaqogikası üzrə təhsilini davam etdirir.

2024-cü ilin aprelində Kallaçi, Arilena Aranın komandasının tərkibində "X Factor" yarışmasının beşinci mövsümündə qələbə qazanıb. 2024-cü ilin noyabrında isə o, "Mjegull" mahnısı ilə "Festivali i Këngës" festivalının 63-cü buraxılışında yarışmaq üçün seçilib. 22 dekabr 2024-cü ildə baş tutan finalda üçüncü yeri tutub.

2025-ci ilin oktyabrında Kallaçi "Nân" mahnısı ilə "Festivali i Këngës"in 64-cü buraxılışına vəsiqə qazanıb. 20 dekabr 2025-ci ildə keçirilən finalda qalib gələrək Albaniyanı Avroviziya Mahnı Müsabiqəsi 2026-da təmsil etmək hüququna yiyələnib. Müsabiqədə final mərhələsinə yüksələn qrup (ifaçı), 145 xalla 13-cü yerdə qərarlaşıb. Diskoqrafiya Sinqllar Adı İl Çatlarda ən yüksək mövqe Albom GREIntl. "" 2024 — Albom olmayan sinql "" — "" 2025 — Nân 71 "—" siyahıya daxil olmayan və ya həmin regionda buraxılmayan buraxılışları bildirir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Albaniyanın "Avroviziya" təmsilçiləri