Azərbaycan Basketbol Liqası 2022/2023 – basketbol üzrə XXVIII Azərbaycan çempionatı. COVID-19 pandemiyası səbəbilə erkən tamamlanan 2019/20 mövsümündən sonra keçirilən ilk çempionatdır. Mövsüm 12 oktyabr 2022-ci ildə "Sərhədçi PİK"–"NTD" oyunu ilə başlamışdır. 28 tur davam edən müntəzəm mövsümdə ilk 4 yeri tutmuş klublar pley-off mərhələsinə yüksəlmişdir.
"Sabah" klubu final seriyasında "Gəncə" klubunu 3–2 hesabı ilə məğlub edərək ilk çempionluğunu qazanmışdır.
Komandalar və yerlər Liqada 8 komanda iştirak etmişdir. Oyunların əksəriyyəti Sərhədçi İdman Mərkəzi baş tutmuşdur.
KomandaYerArenaAAAF XırdalanXırdalanSərhədçi İdman MərkəziGəncəGəncəGəncə Olimpiya İdman KompleksiNeftçiBakıSərhədçi İdman MərkəziNTDBakıSərhədçi İdman MərkəziOlimpik ŞəkiŞəkiŞəki Olimpiya İdman KompleksiSabahBakıSərhədçi İdman MərkəziSərhədçiBakıSərhədçi İdman MərkəziZirvə AstaraAstaraAstara Olimpiya İdman Kompleksi
Reqlament Əvvəlki çempionatdan fərqli olaraq müəyyən olunmuş yeni reqlamentə əsasən komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gəlmişdir. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutmuş komandalar pley-off mərhələsinə vəsiqə qazanmışdır. Yarımfinal seriyaları 2 qələbəyə qədər, final seriyası 3 qələbə qədər davam etmişdir.
1 oktyabr 2022-ci ildə əsas çempionata hazırlıq məqsədi daşıyan miniturnir baş tutmuşdur.
Müntəzəm mövsüm Cədvəl
Oyunlar
Pley-off
Yarımfinal
Üçüncü yer uğrunda
Final
İstinadlar
2022