Taqanroq körfəzində yük gəmilərinə dron hücumu — 2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi - Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmilərinin Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması hadisəsi.Azərbaycanlıların olduğu iki gəmi vuruldu - 5 nəfər həlak oldu Hücumlar nəticəsində beş nəfər Azərbaycan vətəndaşı həlak olub.

Gəmilərə edilən hücumlar arasında bir saatdan bir qədər artıq vaxt fərqi olub. Belə ki, “Natra” saat 00:45-də, “Zirkon” isə saat 01:55-də vurulub.

Beliz bayrağı altında üzən “Natra” quru yük gəmisində 12 nəfər, Palau bayrağı altında üzən “Zirkon” quru yük gəmisində isə 14 nəfər olub. Onların hamısı fərdi qaydada muzdlu dənizçi kimi işə götürülmüş Azərbaycan vətəndaşları olublar.

Sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb və Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər. Suyun üzərində qalan və zədələnmiş “Natra” gəmisinin yedəyə alınması üçün iki yedəkçi gəmi hadisə yerinə göndərilib.

Reaksiyalar

Ukrayna tərəfinin mövqeyi: Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi hücumu təsdiqləyib. O bildirib ki, hədəfə alınan gəmilər Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən qanunsuz şəkildə taxıl daşınmasında (kontrabandada), həmçinin gizli hərbi yüklərin və yanacağın nəqlində istifadə olunub. Ukrayna rəsmiləri bu gəmilərin radarlarını söndürərək və adlarını gizlədərək qanunsuz fəaliyyət göstərdiyini iddia edir.

Rusiya tərəfinin reaksiyası: Rusiya Xarici İşlər Nazirliyi və rəsmi qurumları bu hadisəni kəskin pisləyib. Rusiya XİN-in rəsmisi Mariya Zaxarova baş verənləri Ukraynanın mülki infrastrukturuna yönəlmiş növbəti "terror hücumu" adlandırıb.

Azərbaycan rəsmilərinin mövqeyi: Azərbaycan Xarici İşlər Nazirliyi mülki gəmilərə edilən hücum nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı rəsmi məlumat yaysa da, öz bəyanatlarında hücumu birbaşa hansı ölkənin etdiyini xüsusi vurğulamayıb və diqqəti yalnız zərərçəkən dənizçilərə yardım göstərilməsinə və vətəndaşların müharibə bölgələrindən uzaq durmasına yönəldib.

İstinadlar

Kateqoriya:2026-cı ildəki hadisələr