"Bella" () — Malta müğənnisi Eydan Kassarın ifa etdiyi mahnı. Malta milli finalında qalib gəldikdən sonra Malta layihəsini 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Avroviziya Mahnı Müsabiqəsi Maltada milli seçim 1 dekabr 2025-ci il tarixində Eydan "Bella" mahnısı ilə Maltada təşkil olunan 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinin iştirakçılarından biri kimi elan olunmuşdur. Mahnı 2 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilmişdir.
Maltada Avroviziya Mahnı Müsabiqəsinin yarımfinal mərhələsi 16 yanvar tarixində baş tutmuşdur və "Bella" böyük finala vəsiqə qazanan 12 mahnı arasında yer almışdır. Böyük final 17 yanvar tarixində keçirilmiş və səsvermə nəticəsində "Bella" münsiflər heyətindən 113 xal, tamaşaçı səsverməsindən isə 170 xal toplamışdır. Səslər birləşdirildikdən sonra "Bella" birinci yeri tutmuş və bu, Eydana 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Maltanı təmsil etmək hüququ qazandırmışdır.
Avroviziya 2026 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərində, "Wiener Stadthalle" konsert zalında baş tutmuşdur. Müsabiqə müvafiq olaraq 12 və 14 may tarixlərində keçiriləcək iki yarımfinaldan, həmçinin 16 may 2026-cı il tarixindəki final mərhələsindən ibarətdir.
Eydan "Bella" mahnısını 14 may 2026-cı il tarixində keçirilən ikinci yarımfinalın ikinci hissəsində ifa etmiş və finala vəsiqə qazanmışdır. Eydan 16 may tarixində baş tutan böyük finalda öz çıxışını təkrarlamışdır. Mahnı 10-cu nömrə altında ifa olunmuş və 89 xal toplayaraq 18-ci yeri tutmuşdur.
"Bella" son 26 ildə Avroviziya Mahnı Müsabiqəsində Maltanı təmsil edən və tərkibində Malta dilindən istifadə olunan ilk mahnıdır. Bundan əvvəl Malta dilindən sonuncu dəfə 2000-ci ildə Klodett Peysin ifasında səslənən "Desire" mahnısının üç misrasında istifadə edilmişdir.
İstinadlar
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin mahnıları Kateqoriya:2026-cı ilin sinqlları