Najwa Nimri Urrutikoetxea — İordaniya əsilli ispan aktrisa və müğənni. O, Vis a Vis serialında Zulema Zahir və La Casa de Papel serialında Alicia Sierra rolları ilə tanınır.

Həyatı Najva Nimri Urrutikoetçea 14 fevral 1972-ci ildə İspaniyanın Navarra vilayətinin Pamplona şəhərində anadan olmuşdur. Atası iordaniyalı, anası isə bask mənşəlidir. Nimri aktyorluq fəaliyyətinə 1990-cı illərdə başlamışdır. O, xüsusilə rejissor Daniel Kalparsoronun filmlərindəki rolları ilə tanınmışdır. Aktrisa olmaqla yanaşı, müğənni kimi də fəaliyyət göstərmiş, bir neçə musiqi albomu buraxmışdır. O, beynəlxalq miqyasda Vis a Vis serialında canlandırdığı Zulema Zahir və La Casa de Papel serialındakı Alisiya Sierra obrazları ilə geniş şöhrət qazanmışdır.

İstinadlar

Kateqoriya:İspaniya müğənniləri