Soul Militia və ya 2XL () — Estoniya xip-pop qrupu. Qrup 2001-ci ildə Tanel Padar və Deyv Bentonun dəstək vokalistləri kimi Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. Qrup 1997-ci ildə Serqey Morqun və İndrek Soom tərəfindən "2XL" adı altında təsis edilib. Bu adla 2001-ci ildə "Everybody" mahnısı ilə "Avroviziya" mahnı müsabiqəsində qələbə qazanaraq, Estoniyaya bu musiqi yarışmasında ilk birinciliyini gətirib. 2002-ci ildə musiqiçilər öz adlarını "Soul Militia" olaraq dəyişdiriblər. 2007-ci ildə builds "My Place" mahnısı ilə Avroviziyanın milli seçim turunda iştirak ediblər.Soul Militia - Estonian hip-hop act.

Tarixi Serqey Morqun (Semy) və İndrek Soom 1997-ci ildə "2XL" duetini təsis ediblər (bu ad gənc oğlanların böyük və gen paltarlar geyinməyi sevməsindən yaranıb). Semy və indrek həmin vaxta qədər əsas üslubları küçə rəqsləri (street dance), hip-hop və breyk-dans olan təcrübəli rəqqaslar idilər. Lakin rəqs etməklə yanaşı (onlar bir neçə hip-hop rəqs qrupunda iştirak etmişdilər), gənclər özlərini musiqi sahəsində də sınamaq istəyiblər. Beləliklə, ilk mahnılar yazılıb və səhnə şousu (hansı ki, "Soul Militia" bu günə qədər ona böyük önəm verir) üzərində işlərə başlanılıb. İlk əsərlər güclü fanki/hip-hop təsirlərinə malik olub (məsələn, 1990-cı illərin məşhur "C&C Music Factory" qrupu kimi). Onlar üçün örnək isə 1990-cı illərin ikinci yarısında Estoniyanın ən populyar ansambllarından biri olan "Noisy Nation" qrupu idi. Bu qrupun rəhbəri Artur Abdull özü də sonradan qısa müddət ərzində "2XL" qrupunun sıralarında yer alıb. "Noisy Nation" qrupunda Sergeyin böyük qardaşı Toni də oxuyub və rəqs edib.

"2XL" eston və ingilis dillərində mahnılar yazıb, bəzi tanınmış eston prodüserləri ilə (məsələn, Qlen Pilvre) əməkdaşlıq edib və səhnə hərəkətləri üzərində məşqlər keçib. Lakin 2000-ci ilin baharına qədər, Estoniya musiqi biznesində (müəyyən dərəcədə isə ondan kənarda) keçən bir neçə illik kələ-kötür yoldan sonra, Sergey və Indrekə aydın olub ki, nəsə qaydasında deyil. Qrupun zövqü və tərzi getdikcə daha çox R&B üslubuna yönəldiyi və duet olaraq oğlanların vokal özünüifadəsi bir az məhdudlaşdığı üçün qrupa üçüncü üzv tapmaq qərara alınıb. Dostların vasitəsilə Kaido Poldmana müraciət edilib.

Kaido Poldma uşaqlıqdan xorda oxuyub. "2XL" qrupuna dəvət olunmaq Kaido üçün xoş bir sürpriz olub, çünki o, R&B və hip-hop pərəstişkarı idi. Başlanğıcda məsələyə bir az şübhə ilə yanaşsa da (ilk növbədə qrupun xoreoqrafiya tərəfinə görə, çünki Kaido əvvəllər heç vaxt rəqs etməmişdi), sonradan Poldmanı razı sala biliblər və o, "2XL" qrupuna qoşulmaq qərarına gəlib. Kaido qrupa daxil olduqdan sonra yeni mahnılar yazılıb, çoxlu sayda demo yazılar qeydə alınıb və konsertlər verilib. Lakin vokal heyəti hələ də tam tamamlanmamışdı. Dördüncü üzv isə o vaxt 18 yaşı olan və "2XL" qrupunun diqqətini "Kaks takti ette" müsabiqəsindən cəlb edən Lauri Pihlap olub.

Lauri Pihlap da Estoniya musiqisində səssizcə fəaliyyət göstərir — eksperimentlər aparır, mahnılar yazdırır və müxtəlif layihələrdə iştirak edirdi. Onun oxumasını eşitdikdən və musiqi zövqünə bələd olduqdan sonra Semy, Indrek və Kaidoya aydın olub ki, Lauri qrupa tam uyğundur.

Qrupun dörd üzvünün bir-biri ilə harmoniyası mükəmməl idi. İki il ərzində Estoniya, Latviya, Finlandiya və Danimarkada konsertlər verilib. 2001-ci ildə builds Deyv Benton və Tanel Padar ilə birlikdə Kopenhagendə keçirilən 2001-ci il Avroviziya Mahnı Müsabiqəsində iştirak ediblər.

2002-ci ilin baharına qədər kvartetin öz ilk albomunu ərsəyə gətirmək üçün kifayət qədər materialı toplanıb. Albom "Downtown Records" səsyazma şirkəti tərəfindən buraxılıb. "Downtown" komandası ilə yaranan dostluq (və eyni zamanda işgüzar) münasibətləri onlara ilk dəfə peşəkar studiyada işləmək imkanı yaradıb.

İstinadlar

Xarici keçidlər Soul Militia

Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:İsveçin "Avroviziya" təmsilçiləri