Portuqaliya 2026 Avroviziya Mahnı Müsabiqəsində — Portuqaliyanın 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Portuqaliya 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Duarte Fariaş, Fransisko Pereyra, Fransisko Pestana, Fransisko Rapozu, Qonsalu Narsiso, Gi Alfas, Joze Karlos Koelyo Almeyda Tavareş, Luiş Aleyşo və Migel Koşta tərəfindən qələmə alınmış, "Bandidos do Cante" qrupunun ifasında "Rosa" mahnısı ilə təmsil olunacaqdır. Portuqaliyanın müsabiqədə iştirak edən teleradio şirkəti "Rádio e Televisão de Portugal" (RTP) öz mahnısını ənənəvi milli seçim turu olan "Festival da Canção" vasitəsilə müəyyənləşdirmişdir.
Zəmin
2026-cı il müsabiqəsinə qədər, 2003-cü ilə qədər "Radiotelevisão Portuguesa" (RTP), 2004-cü ildən etibarən isə "Rádio e Televisão de Portugal" (RTP) adı altında fəaliyyət göstərən teleradio şirkəti, ilk dəfə 1964-cü ildə qatıldığı Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı əlli altı dəfə təmsil etmişdir. Ölkə müsabiqədə bir dəfə – 2017-ci ildə Salvador Sobralın ifa etdiyi "Amar pelos dois" mahnısı ilə qələbə qazanmışdır. 2004-cü ildə yarışma formatına yarımfinalların daxil edilməsindən bəri Portuqaliya indiyədək doqquz mərhələdə finala yüksəlməyi bacarmışdır; bunlardan sonuncusu Napanın ifasında "Deslocado" mahnısının finalda 21-ci yeri tutduğu 2025-ci ilə təsadüf edir.
Müsabiqədə iştirak edən rəsmi yayımçı kimi RTP, Avroviziya Mahnı Müsabiqəsi üçün öz təmsilçisinin seçilməsini təşkil edir və tədbiri ölkə daxilində nümayiş etdirir. Yayımçı müsabiqə üçün öz mahnısını ənənəvi olaraq "Festival da Canção" musiqi yarışması vasitəsilə seçmişdir, yalnız təmsilçilərin daxili seçim yolu ilə müəyyənləşdirildiyi 1988 və 2005-ci illər bu xüsusda istisna təşkil edir. RTP 4 dekabr 2025-ci il tarixində 2026-cı il müsabiqəsində iştirakını təsdiqləmiş, bundan əvvəl isə 16 sentyabr 2025-ci il tarixində "Festival da Canção" yarışmasının 60-cı buraxılışının qalibinin müsabiqədə "Portuqaliyanı təmsil etmək hüququ qazanacağını" bəyan etmişdir.
Avroviziya Mahnı Müsabiqəsində 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi Avstriyanın Vyana şəhərindəki "Wiener Stadthalle" arenasında baş tutacaq, müvafiq olaraq 12 və 14 may tarixlərində keçiriləcək iki yarımfinal və 16 may 2026-cı il tarixində reallaşacaq böyük final mərhələlərindən ibarət olmuşdur. Ev sahibi ölkə və Böyük Dördlük (Fransa, Almaniya, İtaliya və Böyük Britaniya) istisna olmaqla, bütün digər dövlətlər finala keçmək üçün yarımfinal turnirlərində mübarizə aparmalıdırşlar. Hər yarımfinaldan ən yaxşı nəticə göstərən on ölkə finala vəsiqə qazanır. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərhələsi hər bir ölkənin hansı yarımfinalda və şounun hansı hissəsində çıxış edəcəyini müəyyənləşdirmişdir. Avropa Yayım İttifaqı əvvəlki müsabiqələrin səsvermə statistikasını əsas götürərək iştirakçı ölkələri fərqli səbətlərə bölmüşdür. Portuqaliyanın birinci yarımfinalın ilk hissəsində çıxış etməsi planlaşdırılmışdır.
İstinadlar
Kateqoriya:Ölkələr 2026 Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Portuqaliya Avroviziya Mahnı Müsabiqəsində