Darko Dimitrov (; ) — Şimali Makedoniya prodüseri, mahnı müəllifi və aranjimançısı. Ətraf Balkan ölkələrinə də təsir göstərmiş Yuqoslaviya meynstrim pop musiqisinin yenidən canlandırılmasındakı xidmətlərinə görə yüksək qiymətləndirilən sənətkar həmçinin, bir çox populyar xarici ifaçılarla əməkdaşlığı sayəsində beynəlxalq səviyyədə tanınmışdır.
Həyatı Karyerası Darko Dimitrov 21 yanvar 1973-cü il tarixində Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibinə daxil olan Makedoniya Sosialist Respublikasının Skopye şəhərində anadan olmuşdur. Onun atası Stave Dimitrov tanınmış müğənni və bəstəkar olmuşdur. Musiqiçi nəslindən olan sənətçinin babası Blaqoya Petrov Karaqyule isə xalq və opera müğənnisi kimi fəaliyyət göstərmişdir. Skopye Musiqi Akademiyasını bitirən Darko Dimitrov, hazırda "Studio Dimitrovi" adlı ailə səsyazma studiyasında atası və qardaşı Oliver ilə birlikdə çalışır. Qardaşı Oliver "Superhiks" ska-pank qrupunun debüt albomunun prodüseri kimi tanınır.
Onun ilk əsərlərindən biri "Nulta Pozitiv" rep qrupu və populyar xalq müğənnisi Mitre Mitreski tərəfindən ifa olunan "Otvori go Pendžerčeto" kompozisiyası olmuşdur.
1990-cı illərin əvvəllərində əsasən hip-hop və pop-rep üslubunda çıxış edən ifaçılarla işlədikdən sonra Dimitrov pop musiqi sənayesinə yönəlmişdir. 1996-cı ildən etibarən o, Balkan yarımadası ölkələri və Türkiyədən olan bir çox ifaçı üçün hit-paradlarda birinci pillələrdə qərarlaşan çoxsaylı mahnıların prodüserliyini etmişdir. Bu ifaçılar arasında Nokaut, Karolina Qoçeva, Toşe Proeski, Kaliopi, Elena Risteska, Jovan Jovanov, Tamara Todevska, Tiyana Dapçeviç, Vlado Yanevski, Lambe Alabakoski]], Vrçak, Vlatko Lozanoski, Esma Rəcəbova, Darko Pançevin həyat yoldaşı Maya Qrozdanovska-Pançeva, Besa, Elhaida Dani, Genta İsmayılı, Anyeza Şahini, Ledina Çelo, Leonora Yakupi, Rosela Qjılbequ, Altuna Seydiu (Tuna), Yonida, Vesa, Rovena, Pirro Çako, Yuliana Paşa, Keysi Tola, Qreta Koçi, Elvana Qyata, Aurela Qaçe, Censila, Rafet El Roman, Aleksandra Radoviç, Elena Tomaşeviç, İvo Qamulin, Jovana Nikoliç]], Sergey Çetkoviç, Hari Vareşanoviç, Emina Jahoviç]], Arilena Ara, Mariya Şerifoviç, Jelko Joksimoviç, Eye Cue, Edis Görgülü, Elena Rozqa, Severina, Nataşa Bekvalats, Anastasiya Rajnatoviç, Anjela Peristeri, Vlaho, "Hurricane", "Lexington", Elena Kitiç, Lena Kovaçeviç, İl Limani, Adelina Tahiri və bir çox digər yerli və xarici estrada ulduzları yer alır.
1999-cu ildə Dimitrov prodüseri olduğu müxtəlif ifaçıların mahnılarından ibarət toplu buraxmışdır. "100% Hits: The Best of Darko Dimitrov" adlanan bu albom ölkə daxilində satış rekordu qırmışdır.
Avroviziya Mahnı Müsabiqəsində Onun müəllifi olduğu mahnılar Şimali Makedoniyada "Skopje Fest", "MakFest", "Ohrid Fest", Monteneqroda "Sunčane Skale" və "Budva Music Festival", Serbiyada "FERAS Radio Festival", Xorvatiyada "Croatian Radio Festival", "Split Festival" və "Avroviziya" üçün milli seçim turu olan "Dora", Türkiyədə "Pamukkale Festivalı", Rumıniyada "Golden Stag", Albaniyada "Kënga Magjike", həmçinin 2006-cı ildə fiziki imkanları məhdud uşaqlar üçün keçirilən Avroviziya müsabiqəsi, 2011 və 2018-ci illərdə isə Uşaq Avroviziya Mahnı Müsabiqəsi kimi bir çox musiqi yarışmalarında təqdim olunmuşdur. Dimitrov, Elena Risteska tərəfindən 2006-cı il Avroviziya Mahnı Müsabiqəsində Şimali Makedoniyanı təmsil edən "Ninanajna" mahnısının müəllifi və prodüseridir.2006 esctoday.com awards: THE NOMINATIONS . esctoday. December 11, 2006. Retrieved October 30, 2007. Makedon və ingilis dillərində ifa olunan bu kompozisiya finalda 56 xalla 12-ci yeri tutmuşdur. Bu nəticə Şimali Makedoniyanın 2019-cu ilə qədər olan "Avroviziya" tarixindəki ən uğurlu çıxışı hesab olunurdu. O, həmçinin Mariya Şerifoviçin Belqradda keçirilən 2008-ci il Avroviziya Mahnı Müsabiqəsinin açılışında ifa etdiyi "Ne voliš je znam" ("Onu sevmədiyini bilirəm") mahnısını da bəstələmişdir.
Bununla yanaşı, sənətçi 2013 və 2014-cü illərdə Avroviziya Mahnı Müsabiqəsində Şimali Makedoniya təmsilçilərinin bəstəkarı qismində iştirak etmişdir. 2013-cü ildə ölkəni Vlatko Lozanoski və Esma Rəcəbova "Pred da se razdeni" ("Dan sökülməzdən əvvəl") mahnısı ilə, 2014-cü ildə isə Tiyana Dapçeviç "To The Sky" ("Göy üzünə") mahnısı ilə təmsil etmişdir. Hər iki kompozisiya müsabiqənin final mərhələsinə adlaya bilməmişdir.
2015-ci ildə Dimitrov Elhaida Daninin Albaniyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdiyi "I'm Alive" mahnısının aranjimanını və prodüserliyini öz üzərinə götürmüşdür. Dani final mərhələsində 34 xal toplayaraq 17-ci sırada qərarlaşmışdır. 2018 və 2019-cu illərdə Dimitrov Şimali Makedoniya və Serbiya təmsilçiləri üçün birgə müəllifliklə mahnılar ərsəyə gətirmişdir. Tamara Todevskanın 2019-cu il Avroviziya Mahnı Müsabiqəsində Şimali Makedoniyanı təmsil etdiyi "Proud" mahnısı 305 xalla 7-ci yeri tutmuşdur ki, bu da ölkənin müsabiqə tarixindəki ən yüksək nailiyyətidir.
2019-cu ildə Darko Dimitrov və Lazar Tsvetkovski "Shaj" ("Fəryad") mahnısını bəstələmişdirlər. Arilena Ara bu kompozisiya ilə Albaniyanın 2020-ci il Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi "Festivali i Këngës 58" milli seçim turunun qalibi olmuşdur. Arilena Aranın Albaniyanı müsabiqədə mahnının ingilisdilli versiyası olan "Fall From The Sky" ("Səmadan düşüş") ilə təmsil etməsi nəzərdə tutulsa da, tədbir COVID-19 pandemiyası səbəbindən ləğv edilmişdir. Həmin milli seçim turu üçün Dimitrov Era Rusi tərəfindən ifa olunan və 5-ci yeri tutan "Eja merre" ("Gəl və onu götür") mahnısını da yazmışdır.
2020-ci ildə Dimitrov Vasilin 2020-ci il Avroviziya yarışmasında Şimali Makedoniyanı təmsil etməsi planlaşdırılan "You" ("Sən") mahnısının prodüserliyini etmişdir. 2021-ci ildə isə o, "Hurricane" qrupunun Serbiya təmsilçisi kimi "Avroviziya-2021" müsabiqəsində ifa etdiyi "Loco Loco" mahnısının müəllifi olmuşdur.
Darko Dimitrov "ən yaxşı prodüser", "ən yaxşı bəstəkar" və "ən yaxşı aranjimançı" nominasiyalarında 30-dan çox mükafata layiq görülmüş, onun müəllifi olduğu mahnılar exceeds 100-dən çox mükafat qazanmışdır. "Proud" kompozisiyası "Avroviziya-2019" müsabiqəsində münsiflər heyətinin səsverməsində 1-ci, ümumi hesabla isə 7-ci yeri tutmuşdur. O, Ivo Yankovski ilə birlikdə "M2 Productions" səsyazma leyblının təsisçilərindən biri olmuş və Avropada bir çox layihələrlə əməkdaşlıq etmişdir.
Onun prodüserlik etdiyi mahnılar "YouTube" platformasında ümumilikdə 500 milyondan çox baxış sayına malikdir. 2024-cü ildə Darko Dimitrov Gürcüstan təmsilçisi Nutsa Buzaladze üçün "Firefighter" mahnısının prodüserliyini həyata keçirmişdir.
Digər müsabiqələr "M2 Productions" şirkəti bir neçə istedad şousu təşkil etmiş və bu layihələrdən hazırda tanınan bir çox Makedoniya pop ulduzu məzun olmuşdur. Onların arasında Elena Risteska, Lambe Alabakoski, Aleksandra Pileva, 4play, Emil Arsov, Tuna, Dimitras Andronovski və Boyana Atansovska yer alır. Görkəmli mahnı müəllifi kimi Darko Dimitrov Şimali Makedoniya Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir.
İstinadlar
Kateqoriya:Şimali Makedoniya müğənniləri