Rüqəyya bint Ömər ibn Xəttab (; ) — Ömər ilə Ümmü Gülsüm bint Əlinin qızı, Zeyd ibn Ömərin bacısı.

Həyatı Rüqəyya, Ömərin Ümmü Gülsüm bint Əli ilə olan evliyindən dünyaya gəlmişdir. Mənbələrin bildirdiyinə görə Ömər onun anası ilə 4 min dirhəm mehr qarşılığında evlənmişdir. Bu nikahdan o və qardaşı Zeyd ibn Ömər dünyaya gəlmişdir.

Rüqəyya, İbrahim ibn Nuaym ibn Abdullah ən-Nəhham ilə evlənmişdir.

İstinadlar