Şarl Qravye, qraf de Verjen (; ) — Fransa diplomatı və dövlət xadimi. O, 1774-cü ildən vəfatına qədər kral XVI Lüdovikin xarici işlər naziri, 1781-ci ildən etibarən isə həm də baş nazir vəzifəsini icra etmişdir. ABŞ-nin Vermont ştatında yerləşən Vercens şəhəri onun adını daşıyır.City of Vergennes. (n.d.). City of Vergennes. Retrieved January 2, 2010.
Həyatı Şarl Qravye de Verjenn Dijor parlamentinin prezidentinin ailəsində anadan olmuşdur.
Erkən gənclik illərindən diplomatik fəaliyyətə başlayan Şarl Qravye, Fransanın Lissabondakı elçisi Teodor Şavinyinin rəhbərliyi altında təcrübə toplamışdır. O, 1739-cu ildə səfirliyin katibi vəzifəsində çalışmışdır. 1750-ci ildə Trir şəhərinə elçi təyin edilmiş və 1754-cü ilə qədər burada xidmət etmişdir. Növbəti il fövqəladə elçi qismində Konstantinopola göndərilmişdir. 1755-ci ildən etibarən Osmanlı dövləti nəzdində tamsəlahiyyətli səfir vəzifəsinə təsdiq edilmişdir. Bu diplomatik missiya olduqca mürəkkəb bir dövrə təsadüf edirdi. Belə ki, Böyük Fridrix Rusiya və Avstriyaya qarşı durmaq üçün Osmanlı ilə ittifaq axtarışında idi, Verjen isə sultanın Fransaya və onun müttəfiqi olan dövlətlərə qarşı dostluq münasibətini qoruyub saxlamağa çalışmış və buna nail olmuşdur. Bu diplomatik tarazlığı qorumaq, xüsusilə Osmanlı ilə Fransa arasında ciddi anlaşılmazlıqların yarandığı 1760–1761-ci illərdə son dərəcə çətin olmuşdur.Об этом обстоятельно повествует Флассан (фр.) в «Histoire générale et raisonnée de la diplomatie française», т. 6, с. 234.
1771-ci ildə Şarl Qravye de Verjen eyni diplomatik rütbə ilə İsveçə göndərilmiş və burada III Qustava verdiyi məsləhətlərlə idarəetmə sistemində dövlət çevrilişinin reallaşdırılmasına köməklik göstərmişdir. 1774-cü ildə XVI Lüdovikin Fransa taxtına çıxmasından sonra, dövlət naziri qraf de Morepa abbat Verinin tövsiyəsinə əsasən Verjenin namizədliyini Fransanın xarici işlər naziri vəzifəsinə təqdim etmişdir. Qraf de Morepa Verjenin əslində tənha bir siyasətçi olduğunu və arxasında şəxsi "komandasının" dayanmadığını nəzərə alaraq, onun özünə sadiq qalacağını hesablamışdır. Qraf de Verjenn 1787-ci ilin fevralında baş verən vəfatına qədər Fransanın xarici əlaqələrini idarə etmişdir.
İstinadlar
Kateqoriya:ABŞ-nin xarici əlaqələri tarixi Kateqoriya:Fransa baş nazirləri Kateqoriya:Fransa diplomatları Kateqoriya:Fransa qrafları Kateqoriya:Fransa xarici işlər nazirləri Kateqoriya:XVI Lüdovik nazirləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri