Hüquqi olmayan qanun və ya Qeyri-hüquqi qanun — hüquqi qanundan fərqli olaraq, hüququn obyektiv tələblərinə cavab verməyən və ədaləti özündə təcəssüm etdirməyən qanundur. Hüquqi olmayan qanunlara adətən avtoritar və totalitar rejimlərdə rast gəlinir. Lakin rəsmi hüquqi pozitivizm nöqteyi-nəzərindən, bu qanunlar səlahiyyətli dövlət orqanları tərəfindən ləğv edilənədək icra olunma xüsusiyyətini saxlayırlar. Hüquqi olmayan qanunlara ən bariz nümunə olaraq Nasist Almaniyasında qəbul edilmiş və şəxslərin siyasi, irqi, dini və digər motivlərlə kütləvi təqib edilməsinə qanuni əsas verən normativ aktları göstərmək mümkündür.

İstinadlar

Xarici keçidlər

Hüquq və qanun (hüquqi və qeyri-hüquqi qanunlar haqqında) Qeyri-hüquq — disnomiyanın hüquqi forması (Hegelin fəlsəfi konsepsiyası) Qeyri-hüquqi qanun: bu nədir?

Kateqoriya:Cinayət hüququ Kateqoriya:Etika anlayışları Kateqoriya:Hüquq fəlsəfəsi Kateqoriya:Hüququn prinsipləri Kateqoriya:Vətəndaş hüququ