Dauns–Tomson paradoksu () — Entoni Dauns və Con Maykl Tomsonun şərəfinə adlandırılmış iqtisadi və nəqliyyat nəzəriyyəsi paradoksudur. Bu paradoks Artur Sesil Piqu və Frank Naytin adları ilə əlaqələndirilərək Piqu–Nayt–Dauns paradoksu () kimi də tanınır. Paradoksun mahiyyəti ondan ibarətdir ki, yol şəbəkəsində avtomobil nəqliyyatının tarazlıq sürəti eyni marşrut üzrə ictimai nəqliyyatın və ya digər ən yaxşı alternativ nəqliyyat vasitəsinin qapıdan-qapıya orta sürəti ilə müəyyən edilir.

Bu nəticə iqtisadi nəzəriyyə ilə uyğun gəlsə də, paradoks hesab olunur, çünki yol şəbəkəsinin yaxşılaşdırılmasının tıxacları azaltmalı olduğu barədə geniş yayılmış gözləntilə ziddiyyət təşkil edir. Əslində isə yol şəbəkəsində aparılan təkmilləşdirmələr çox vaxt sıxlığın azalmasına deyil, həmin yollardan istifadənin artmasına səbəb olur. Bu hadisə adətən induksiya olunmuş tələbat (induced demand) adlanır. Bəzi hallarda yol şəbəkəsinin genişləndirilməsi ictimai nəqliyyatdan istifadəni daha əlverişsiz etdiyinə və ya investisiyaların ictimai nəqliyyatdan yollara yönəldilməsinə səbəb olduğuna görə tıxacların daha da artmasına gətirib çıxara bilər.

Nəticələri Paradoksun əsas nəticəsinə görə, əgər bu nəzəriyyə konkret şəraitdə tətbiq olunursa, yol şəbəkəsinin genişləndirilməsi tıxac probleminin həlli üçün səmərəsiz, hətta bəzən əks nəticə verən tədbirdir. Bu yanaşma Lyuis–Moqridj mövqeyi () kimi tanınır və Martin Moqridj tərəfindən London nümunəsində geniş şəkildə araşdırılmışdır. O, bu nəticələri 1990-cı ildə nəşr olunan Travel in Towns: Jam Yesterday, Jam Today and Jam Tomorrow? adlı əsərində təqdim etmişdir.

1968-ci ildə Ditrix Braess tərəfindən nəşr olunmuş məqalədə nəqliyyat şəbəkələrində başqa bir əks-intuitiv hadisənin mövcudluğu göstərilmişdir. Braess paradoksuna görə, şəbəkəyə əlavə tutumun daxil edilməsi, istifadəçilər marşrutlarını fərdi maraqlarına uyğun seçdikləri hallarda, ümumi sistemin fəaliyyətini bəzi hallarda daha da pisləşdirə bilər.

Bu fenomenə maraq yalnız nəqliyyat sistemləri ilə məhdudlaşmır. Oxşar hadisələrin kompüter şəbəkələrində də baş verə biləcəyi göstərilmişdir. Şəbəkənin genişlənməsi zamanı istifadəçilərin davranışı yol hərəkəti iştirakçılarının davranışına bənzəyir: onlar mənşə və təyinat nöqtələri arasında optimal marşrutu müstəqil və mərkəzləşdirilməmiş şəkildə seçirlər.

Bu yanaşma induksiya olunmuş tələbat nəzəriyyəsinin genişləndirilməsi hesab olunur və Daunsun 1992-ci ildə irəli sürdüyü "üçqat yaxınlaşma" () nəzəriyyəsi ilə uyğunluq təşkil edir. Bu nəzəriyyə avtomobil yollarında pik saatlardakı sıxlığın niyə aradan qaldırılmasının çətin olduğunu izah etməyə çalışır. Yolun tutumu artırıldıqda üç əsas təsir müşahidə olunur:

Alternativ marşrutlardan istifadə edən sürücülər genişləndirilmiş magistrala keçirlər; Əvvəllər pik saatdan əvvəl və ya sonra səyahət edən şəxslər səfərlərini pik saata uyğunlaşdırırlar; İctimai nəqliyyatdan istifadə edən bəzi sərnişinlər avtomobil idarə etməyə başlayırlar.

Daunsun sözlərinə görə:

Həmçinin bax Brayes paradoksu İnduksiya olunmuş tələbat Marçetti sabiti — onun nəticələrindən biri ondan ibarətdir ki, tıxacların azalması insanların daha uzaq məsafələrə gündəlik gediş-gəliş etməsinə şərait yarada və nəticədə nəqliyyat yükünü artıra bilər. Lyuis–Moqridj mövqeyi Jevons paradoksu — səmərəliliyin artmasının həmin resursun istehlakını azaltmaq əvəzinə artırmağa meylli olduğunu ifadə edən iqtisadi paradoks

İstinadlar

Kateqoriya:Nəqliyyat iqtisadiyyatı Kateqoriya:Yol nəqliyyatı Kateqoriya:Şəhərsalma Kateqoriya:Nəqliyyat planlaşdırılması Kateqoriya:İqtisadiyyat paradoksları Kateqoriya:İctimai nəqliyyat Kateqoriya:Relssiz nəqliyyat