Əbu Quhafə Osman ibn Amir ibn Əmr ət-Teymi əl-Qureyşi (; ) — Əbu Bəkrin atası və Məhəmmədin səhabəsi.

Həyatı Həyatı haqqındakı məlumatlar olduqca azdır.

Əbu Quhafənin nəsəbi Osman ibn Amir ibn Əmr ibn Kəb ibn Səd ibn Teym ibn Mürrə ibn Kəb ibn Lüeyy ibn Qalib ibn Fihrdir.

Əbu Quhafə, cahiliyyə dövründə Qureyşin nüfuzlu şəxslərindən biri olmuş, Məkkənin fəthi vaxtı Məhəmmədin hüzurunda İslamı qəbul etmişdir.

İbn Quteybə, onun müsəlman olduqdan sonra Mədinəyə getdiyini və ölənə qədər orada yaşadığını demişdir. İbn Səd isə onun Məkkədən heç vaxt ayrılmadığını və hicri 14-cü ildə (mart 635) burada da vəfat etdiyini qeyd etmişdir.

Onun Əbu Bəkrdən başqa (Hind bint Nukeyd adlı qadından) Qureybə, Ümmü Amir və Ümmü Fərvə adlı üç qızı da olmuşdur.

İstinadlar

Kateqoriya:Bənu Teym Kateqoriya:Qureyş Kateqoriya:Səhabə əcdadları Kateqoriya:Səhabələr Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:VII əsr ərəbləri