thumb|Köhnə tipli mexaniki turniket nümunəsi thumb|Metrostansiyada yerləşən turniketlər, 2005-ci il Turniket — müəyyən bir əraziyə giriş və çıxışları tənzimləmək və idarə etmək məqsədilə istifadə olunan giriş-çıxış nəzarət sisteminin bir növüdür. Bu elektron-mexaniki sistem eyni anda yalnız bir nəfərin keçməsinə icazə verir. Son dövrlərdə biometrik və ya optik turniket növləri geniş şəkildə tətbiq olunmaqdadır. Turniketlər insan axınını yalnız biristiqamətli hərəkətə məcbur edəcək şəkildə də konfiqurasiya edilə bilər. Bundan əlavə, turniketdən keçid müəyyən bir jeton, bilet, xüsusi keçid kartı və ya digər ödəniş üsulları ilə məhdudlaşdırıla bilər. Müasir turniket sistemlərinə artıq gözün torlu qişasının skan edilməsi, ovuc içi damar izinin tanınması, parmaq izləri, üzün tanınması və digər fərdi biometrik texnologiyalar inteqrasiya olunur. Ödənişli keçid tələb olunan hallarda, turniketlərdən ictimai nəqliyyat, ödənişli tualetlər və ya giriş icazəsi yalnız səlahiyyətli şəxslərlə məhdudlaşdırılmış xüsusi zonaları mühafizə etmək üçün istifadə edilir.
İstifadəsi Turniket sistemləri təhlükəsizliyin təmin edilməsi və insan axınının idarə olunması məqsədilə aşağıdakı sahələrdə geniş tətbiq olunur: Dövlət orqanları və müəssisələrinin təhlükəsizlik nəzarət-buraxılış məntəqələri İctimai iaşə və yeməkxanaların giriş məntəqələri Ziyarətçi qeydiyyatı və keçid nöqtələri Universitet, kollec və məktəblərdə tələbə keçid sistemləri Ticarət mərkəzlərinin (AVM) giriş-çıxış zonaları Xəstəxana və digər səhiyyə müəssisələrinin nəzarət nöqtələri İdman kompleksləri və fitness mərkəzlərinin üzvlərinin giriş-çıxış nəzarəti Stadion və idman arenalarının giriş-çıxış qapıları Müəssisələrdə işçi heyətin (personalın) giriş-çıxış və davamiyyət uçotu sistemi
İstinadlar
Xarici keçidlər
Page showing various designs of turnstiles in the history of the New York subway system.
Kateqoriya:Avtomatlaşdırma Kateqoriya:Girişin idarə edilməsi mexanizmi Kateqoriya:Darvaza növləri