Seksual orientasiya və gender kimliyinə görə ayrı-seçkilik — hər hansı bir seksual orientasiyanı və ya seksual fəaliyyət hədəf alan ayrı-seçkilik növü.

Seksual qərəz Seksual orientasiya ayrı-seçkiliyinin qurbanları bəzi hallarda lezbiyan, gey və biseksuallar olmaqdadır. Bu şəxslərin heteroseksuallar tərəfindən ayrı-seçkiliyə məruz qalmasına heteroseksizm deyilir. Homofobiya və bifobiya isə müəyyən seksual orientasiyalara qarşı bir qərəz mövqeyi inkişaf etdirməkdir. Bununla belə, bəzi hallarda heteroseksual insanlar da seksual orientasiya ayrı-seçkiliyi ilə üzləşirlər. Bu kontekstdə, aseksuallara qarşı inkarların da seksual orientasiya ayrı-seçkiliyi olduğunu söyləmək olar.

Seksual orientasiya ayrı-seçkiliyinin ən sadə tərifi; hər hansı bir orientasiyanı təbii, normal və əxlaqi hesab edib, digər orientasiyaları kənarlaşdırma davranışıdır. Ayrı-seçkiliyin fundamental olaraq irqçilik və seksizm ilə paralel şəkildə irəlilədiyi müşahidə edilir edilə bilər.

Psixoloji nəzəriyyələr və dinamiklər Seksual orientasiya ayrı-seçkiliyinə psixologiya perspektivindən baxdıqda; seksual ön qərəzin əsasında duran psixoloji proseslər ümumiyyətlə Sosial Kimlik Nəzəriyyəsi () ilə izah olunur. Anri Tajfel və Con Törner tərəfindən hazırlanan bu nəzəriyyəyə görə, fərdlər öz mənlik hörmətlərini (özünəinamı) artırmaq üçün aid olduqları qrupları (in-group, daxili qrup) ucaltmaq və digər qrupları (out-group, xarici qrup) aşağılamaq meyli nümayiş etdirirlər. Seksual orientasiya kontekstində isə heteroseksual fərdlərin öz kimliklərini normativ olaraq təyin etməsi, fərqli seksual orientasiyalara sahib fərdləri "xarici qrup" kimi kateqoriyalaşdırmalarına və bu qrupa qarşı koqnitiv bir məsafə qoymalarına səbəb ola bilər. Bu vəziyyət qrup daxili himayədarlıq (in-group favoritism) və xarici qrupa yönəlmiş stereotiplərin kök salması ilə nəticələnir.

Qərəzin azaldılması və təmas Sosial psixologiyada seksual qərəzlərin azaldılması üçün ən effektiv üsullardan biri Qordon Allport tərəfindən irəli sürülən Təmas Hipotezi () və ya Qruplararası Təmas Nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, fərqli qruplara mənsub fərdlərin müəyyən şərtlər daxilində bir araya gəlməsi qərəzləri azaldır. Bu şərtlərə; tərəflərin bərabər statusda olması, müştərək məqsədlərə sahib olması, qruplararası əməkdaşlıq və institusional dəstək (qanunlar və ya ənənələr tərəfindən) aid edilə bilər. Müasir tədqiqatlar göstərir ki, seksual orientasiyaya əsaslanan qərəzlər fərdlərin fərqli orientasiyalara sahib şəxslərlə yaratdığı keyfiyyətli və dərin bağlar sayəsində əhəmiyyətli dərəcədə azalır. Bu proses təkcə məlumatların artması ilə deyil, eyni zamanda təşvişin azalması () və empatiyanın inkişafı yolu ilə baş verir.

İnkişaf perspektivi və sosial öyrənmə İnkişaf Perspektivi () qərəzlərin erkən uşaqlıq dövründən etibarən formalaşmağa başladığını vurğulayır. Albert Banduranın Sosial Öyrənmə Nəzəriyyəsi () çərçivəsində uşaqlar ətraflarındakı böyükləri, həmyaşıdlarını və medianı model götürərək müəyyən mövqelər inkişaf etdirirlər. Seksual orientasiya qərəzi isə çox vaxt ailə daxilindəki üstüörtülü mesajlar və ya gender rollarına dair qəti gözləntilər vasitəsilə daxililəşdirilir. Bu kontekstdə "Coğrafiya taledir" anlayışına paralel olaraq, fərdin yetişdiyi sosiomədəni mühit və ictimai struktur, eynilə ailə dinamikası kimi mövqe və qərəzlərin formalaşmasında müəyyənedici faktor kimi qarşımıza çıxır. Fərd doğulduğu coğrafiyanın mədəni kodlarını və sosial normalarını, eynilə ailə dəyərlərini daxililəşdirdiyi kimi mənimsəyərək kimliyinin bir hissəsinə çevirir. Yeniyetməlik dövründə isə həmyaşıdlarının təsdiqini almaq ehtiyacı, norma xarici görünən seksual orientasiyalara qarşı kənarlaşdırıcı mövqelərin sərgilənməsində tətikləyici rol oynaya bilər. Bu prosesdə koqnitiv inkişaf () səviyyəsi fərdin fərqlilikləri kateqoriyalara ayırmaq və bu kateqoriyalara emosional yüklər yükləmək formasına birbaşa təsir göstərir.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

White, Chris, 'Nineteenth-century Writings on Homosexuality: a sourcebook' - Wolman, Benjamin B., 'International Encyclopedia of Psychiatry, Psychology, Psychoanalysis & Neurology' (1977) Fish, J. Heterosexism in Health & Social Care. Basingstoke: Palgrave. (2006) Jackson, S. (2006) Gender, sexuality and heterosexuality: the complexity (and limits) of heteronormativity. Feminist Theory, 7 (1). pp. 105–121. . . Michael Rusie, The Meaning of Adverse Employment Actions in the Context of Title VII Retaliation Claims, 9 WASH. U. J. L. & POL'Y 379 (2002), https://openscholarship.wustl.edu/law_journal_law_policy/vol9/iss1/11 Bachman, Eric. "What Counts as an 'Adverse Employment Action' in Discrimination and Retaliation Cases?" Forbes, Forbes Magazine, 17 Nov. 2021, https://www.forbes.com/sites/ericbachman/2021/11/15/what-counts-as-an-adverse-employment-action-in-discrimination-and-retaliation-cases/.

Kateqoriya:LGBT və cəmiyyət Kateqoriya:LGBT şəxslərə yönəlmiş ayrı-seçkilik