thumb|upright=1.0|Zərdüştlükdə Fravaşi anlayışını vizuallaşdıran Faravahar simvolu. Fravaşi () — Zərdüştlük inancında fərdin öz varlığından əvvəl mövcud olan və fiziki bədəninin xaricində sahib olduğu ali ruh, ilahi öz və ya mühafizə edici mələk. Bəzi mənbələrə əsasən, bu anlayış yalnız insanlara deyil, həm də ilahlara və mələklərə şamil edilir.
Zərdüştlük kosmoqoniyasına görə, fravaşilər kainatın və bəşəriyyətin yaradılışından bəri Ahura Mazdanın yanında yer alır, onun nurundan və xeyirxahlığından bəhrələnirlər. Onlar Ahura Mazdanın şər qüvvələr üzərindəki son qələbəsindən sonra yenidən diriləcək, öz azad iradələri ilə dünyadakı əzablara qatlaşmaq və şər varlıqlara qarşı döyüşmək üçün yer üzünə enəcəklər. Hər bir insanın malik olduğu fravaşi bədənlə birləşmiş vəziyyətdədir, lakin fərdin öz fərdi ruhundan (urvan) fərqlənir və ona həyatı boyu doğru yolu göstərir. Axirətdə xilas olmuş ruhlar ölümdən sonra öz fravaşiləri ilə yenidən qovuşurlar. Bu inanca əsasən, fravaşilər canlıların, ölülərin və hələ doğulmamışların ruhları olmaqla üç qrupa bölünürlər.
Ahura Mazda dünyanı şərdən və divlərdən (şər qüvvələrdən) mühafizə etmək üçün fravaşilərin dəstəyindən istifadə edir. Müqəddəs odun mühafizəsində mühüm rol oynayan bu ali varlıqlar eyni zamanda qaranlığı da həbsdə saxlayırlar. Müxtəlif xalq inanclarında, həyatı boyu dürüst və xeyirxah yaşamış insanların fravaşiləri çətin anlarda köməyə çağırılır. Qədim farslar ilin son on günündə "Fravartigan" (Fravaşilər bayramı) adlı şənlik təşkil edir və ailələr öz əcdadlarının fravaşilərini hörmətlə yad edirdilər.
İstinadlar
Biblioqrafiya
.
.
Xarici keçidlər
Благоверие. Традиции. Глава 1. Происхождение Заратуштры Словарь имён, названий и терминов, встречающихся в Хорде Авесте
Kateqoriya:Zərdüştçülük Kateqoriya:Zərdüşt mifologiyası Kateqoriya:Qədim İran mifologiyasındakı mifik varlıqlar