Özbəklər təkyəsi () — 1752-ci ildə buxaralı Nəqşibəndi dərvişləri tərəfindən Əhməd Yəsəvi ənənəsinə uyğun olaraq İstanbul şəhərinin Üsküdar rayonunun Sultantəpə məhəlləsində qurulmuş təkyə (xanəgah).Bektaş C., 1984. Özbekler tekkesi I, Tarih ve Toplum, 8, 40-45 Türkiyə İstiqlaliyyət müharibəsi illərində Anadoluya əsgər və sursat göndərilməsində gizli baza kimi xidmət edib. Hazırda Vəqflər Baş Müdirliyinin tabeliyindədir və muzey kimi istifadə edilməsi gündəmdədir. Üsküdar rayonunun Sultantəpə məhəlləsində, Münir Ərtəgün küçəsinin (küçənin davamındakı) qəbiristanlığın daxilində yerləşir. Osmanlı dövründə Osmanlı imperiyası dövründə adətə görə, Orta Asiyadan Həcc ziyarətinə yola düşən müsəlman-türklərin Məkkədən əvvəl İstanbula gəldikləri zaman qaldıqları 3 təkyədən (xanəgahdan) biridir.Süleyman Beyoğlu, “Milli Mücadele ve Özbekler Tekkesi”, Üsküdar Sempozyumu 1: 23-25 Mayıs 2003: Bildiriler (haz. Zekeriya Kurşun v dğr. ), İstanbul 2004, I, 201-212; Xanəgahın ilk şeyxi Nəqşibəndi şeyxlərindən olan buxaralı Seyid Hacı Abdulla Əfəndi, son şeyxi isə Nəcməddin Əfəndidir. Təkyə özünəməxsus toplantıları və məclisləri ilə şəhərin hər təbəqəsindən olan insanı özünə cəlb edir və dövlətin də himayəsini görürdü. Təkyə son görkəmini isə 1844-cü ildə, Sultan Əbdülməcid dövründəki təmir işləri ilə alıb.Baha Tanman, İstanbul Tekkelerinin Mimari ve Süsleme Özellikleri Tipoloji Denemeleri, Sanat Tarihi Doktora Tezi, İÜ Sosyal Bilimler Enstitüsü, İstanbul 1990, 751.

1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsindən sonra Rumelidən didərgin düşən mühacirlərin bir hissəsi bu təkyənin ətrafındakı otaqlarda məskunlaşmışdılar.Tanman Baha, “Özbekler Tekkesi”, Dünden Bugüne İstanbul Ansiklopedisi, C.VI, İstanbul 1994, s.200 Təkyə Mövləvi xanəgahları kimi hər kəsə açıq idi. Qəndil gecələrində və məhərrəmlik ayında oxunan mövludları, zikrləri, paylanan Özbək plovu, aşurası, eləcə də Uyğur və Çağatay türkcəsində oxunan ilahiləri və ebru (bulud) sənətkarları ilə məşhur idi.ÖZBEKLER TEKKESİ TDV İslâm Ansiklopedisi

Türkiyə İstiqlaliyyət müharibəsi dövründə Türkiyə İstiqlaliyyət müharibəsi illərində isə Özbəklər təkyəsi Anadoluya əsgər və sursat göndərilməsində gizli bir baza və xəstəxana kimi xidmət etmişdir. Bura Milli Mücadilə (İstiqlal savaşı) tərəfdarı olan ziyalıların və hərbçilərin görüş yeri idi. Bu cür mərkəzlərin hər biri gec-tez ingilis işğal qərargahı tərəfindən basqına məruz qalıb dağıdılsa da, Özbəklər təkyəsi bu mühüm vəzifəni İstiqlaliyyət Müharibəsinin sonuna qədər gizli şəkildə davam etdirdi. Aralarında İsmət İnönü, Xalidə Ədib Adıvar, Əbdülhaq Adnan Adıvar, Yunus Nadi Abalıoğlu, Mehmet Akif Ərsoy kimi şəxsiyyətlərin də olduğu insanlar, eyni zamanda "Karakol" cəmiyyətinin üzvü olan Şeyx Ata Əfəndinin (ki o, daha sonra Mustafa Kamalı təmsilən Ənvər Paşa ilə görüşmək üçün Türkistana göndərilmişdi) dövründə məhz burada gizlənmiş və Anadoluya keçmişdilər. Özbəklər təkyəsinin Anadolunun yakasında (Asya hissəsində) yerləşməsi də ona bu mövqe üstünlüyünü öz xidmətlərində istifadə etmək imkanı vermişdi. Yüzbaşı Əşrəf Quşçubaşı bəyin yavəri Zənci Musa Özbəklər təkyəsinin daxilindəki qəbiristanlıqda dəfn olunub. Qısa müddət Buxara Xalq Sovet Respublikasının prezidenti olmuş Osman Xocaoğluda təkyənin qəbiristanlığında dəfn edilib.

Cümhuriyyət dövrü Cümhuriyyət dövründə Özbəklər təkyəsi, İstiqlaliyyət Müharibəsindəki mühüm xidmətlərinə görə, 1925-ci ildə qəbul edilmiş təkyə və zaviyələrin bağlanması haqqındakı qanun qüvvəyə mindikdən sonra da bağlanmadı. Bir ədəbiyyat və söz məclisi kimi xidmət göstərdi. Vəqflər Baş Müdirliyinin tabeliyinə verilən təkyə hazırda mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirir.

İstinadlar

Ədəbiyyat Kallimci, Alpaslan Remzi (2022). Kurtuluşun Menzili Özbekler Tekkesi. Denizli: Mavi Nefes. ISBN 9786258054569.

Xarici keçidlər - Özbekler Tekkesi rəsmi saytı Hür Mahmut Yücer ÜSKÜDAR ÖZBEKLER TEKKESİ Özbekler Tekkesi Türkistan kökenli Yesevîlik özelliklerini de taşıyan bir Nakşî tekkesi "Bu Tekke Milli Mücadeleye Destek Olmuştur" Özbekler Tekkesi'nin Bilinmeyenleri Sultantepe Özbekler Tekkesi Sözlü Tarih Görüşmeleri Özet Özbekler Tekkesi'nin sırrı nedir? (Tarihin Arka Odası)

Kateqoriya:Nəqşibəndilik Kateqoriya:Osmanlı təkyələri