Dərhal çağırılan funksiya ifadəsi () — funksiyanın görünüş sahəsinə əsaslanaraq ayrıca leksik görünüş sahəsi yaradan proqramlaşdırma deyimi. CommonJS və ES modulları kimi standart modul sistemləri meydana çıxmazdan əvvəl JavaScript-də modullu proqramlaşdırmanın həyata keçirilməsi üçün geniş istifadə edilirdi.

Dərhal çağırılan funksiya ifadələrindən (IIFE) blokların daxilində dəyişənlərin görünüş sahəsinin gözlənilməz təsirlərinin qarşısını almaq, qlobal görünüş sahəsini lazımsız adlarla çirkləndirməmək, eyni zamanda metodlara açıq giriş imkanı yaratmaq və funksiya daxilində təyin edilmiş dəyişənlərin məxfiliyini qorumaq üçün istifadə oluna bilər. Başqa sözlə, IIFE funksiyaları və dəyişənləri qlobal görünüş sahəsindən kənarda saxlayaraq onlar üçün lokal görünüş sahəsi yaradır.

İstifadəsi IIFE bir neçə fərqli üsulla yazıla bilər. Ən geniş istifadə olunan üsullardan biri funksiya ifadəsini, lazım gəldikdə isə onun çağırma operatorunu da mötərizələr (qruplaşdırma operatoru) içərisində yazmaqdır. Bunun məqsədi parserə həmin konstruksiyanın ifadə kimi qəbul edilməli olduğunu açıq şəkildə göstərməkdir. Əks halda, əksər hallarda parser function açar sözü ilə rastlaşdıqda onun funksiya ifadəsinin deyil, funksiya elanının (operatorunun) başlanğıcı olduğunu hesab edir.

(function () { /* ... */ })(); (function () { /* ... */ }()); (() => { /* ... */ })(); // ES6 ox funksiyaları ilə (lakin mötərizələr yalnız xaricdə yerləşdirilə bilər).

İstinadlar

Kateqoriya:JavaScript Kateqoriya:Proqramlaşdırma dili anlayışları