Fütuhul-Buldən () və ya Kitabu Fütuhul-Buldən (; ) — İslam fəthlərindən və bu fəthlərdən sonra həyata keçirilmiş təmir-bərpa, məskunlaşma və mədəni fəaliyyətlərdən bəhs edən əsər.

Müəllif Əsərin müəllifi Bəlazuridir (v. 892).

Əsər

Məzmun Məhəmmədin Mədinəyə hicrəti ilə başlayan "Fütuhul-Buldən" əsərində, bölgə və şəhərlər əsas götürülərək, ilk növbədə Mədinə olmaqla, yəhudilərin yaşadığı məntəqələrin, həmçinin Məkkə, Taif, Təbalə, Cüreş, Təbük və ətrafı, Nəcran, Yəmən, Oman, Bəhreyn və Yəmamənin fəthləri təsvir edilmişdir.

Əbu Bəkr dövründə baş vermiş Riddə hərəkatları qeyd edildikdən sonra, Suriya ali komandanlığına tabe olan Dəməşq və ətrafının, əl-Cəzirənin, Malatyanın, Misirin, Şimali Afrikanın, Əndəlüsün, Aralıq dənizindəki adaların, İraq ali komandanlığına tabe olan Səvadın, İranın, Azərbaycanın, Mərkəzi Asiyanın, Xorasanın, Məkranin və Sind bölgələrinin fəthləri haqqında ətraflı məlumatlar verilmişdir.

Əsərdə bundan başqa, yerli divan dəftərlərindəki qeydlərin yunan və pəhləvi dilləri əvəzinə ərəb dilində aparılmağa başlanması, kağızın İslam dünyasında istifadəsi, yeni salınmış Kufə, Bəsrə və Bağdad şəhərləri, xərac torpaqlarının vəziyyəti, Ömərin divan təşkilatı, möhür, pul və yazı sistemi, eləcə də iqtisadi, sosial və mədəni məsələlər ayrıca başlıqlar altında təqdim olunmuşdur.

Nəşr Əsər ilk dəfə de Goeje tərəfindan üç bölmə halında nəşr olunmuşdur (Leyden: 1863–1866; 2-ci nəşr 1968).

Tərcümə "Fütuhul-Buldən" ingilis, alman, türk, fars və qismən də latın dilinə tərcümə edilmişdir.

Həmçinin bax Ənsabül-Əşrəf Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:IX əsrin ərəb dilində kitabları