Şixan sindromu ― () doğuşdan sonrakı (postpartum) hipofiz nekrozudur. Hamiləlik müddətində həcmi və metabolik ehtiyacı artdığı üçün hipofiz hipoksiyaya daha həssas olur. Doğum əsnasında həddən artıq qanaması olan qadında hipofiz postpartum nekrozu və buna bağlı hipofiz çatışmazlığı əmələ gəlir. İlk əlamətlər doğum sonrası laktasiyanın olmaması (prolaktin səviyyəsi aşağı olur) və menstural tsiklin təkrar başlamamasıdır. MRT-də nekroz kimi görüntülənir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Mamalıq sənəti