Azra Ərhat (4 iyun1915; Şişli, İstanbul - 6 sentyabr 1982; İstanbul), Türk esse və incələmə yazarı, Qədim Yunanıstan və Roma dilləri mütəxəssisi, filologiya, arxeologiya, tərcüməçi və düşüncə insanı. Xüsusilə Qədim yunan klassiklərindən etdiyi tərcümələrlə tanınmışdır. İbrahim Əbdülqadir Meriçboyu ilə birlikdə həyata keçirdiyi İliada və Odisseya tərcümələri xüsusi qarşılanır.

Həyatı 4 iyun 1915-ci ildə İstanbul-Şişlidə dünyaya gəlib. İlk və orta məktəbini Belçikada oxuyub. 1939-cu ildə Ankara Universiteti Dil və Tarix, Coğrafiya fakültəsini bitirərək Klassik filologiya fakültəsində Qeorq Rohdenin köməkçisi olaraq işə başlamışdır. 1946-cı ildə dosent elmi dərəcəsini alıb. 1948-ci ildə eyni fakültənin üzvləri Pertev Naili Boratav, Behice Boran, Adnan Cəmgil və Niyazi Berkeslə birlikdə universitetdən uzaqlaşdırıldı. 1949-1950-ci illər arasında Yeni İstanbul və Vətən qəzetlərində çalışdı. Beynəlxalq Çalışma Təşkilatında kitabxanaçı işlədi.

İlk tərcümələri Tərcümə jurnalında yayımlandı. Sofokl, Aristofan kimi yazıçıların əsərlərini Türk dilinə çevirdi. Yeni Üfüqlər jurnalının yazıçılarından biri olan Ərhat, bu jurnal çevrəsində humanizm anlayışının öncülləri arasında yer aldı. Qərb sivilizasiyasının kökünü Anadolu ilə əlaqələndirən və Anadolu mədəniyyətini bir bütün olaraq görən Halikarnas Balıqçısı ilə eyni fikirləri paylaşdı və aralarında dərin bir yaxınlıq yarandı. Səbahəddin Əyyuboğlu ilə birlikdə tərcümə etdiyi Hesiodun Teoqoniya və "İşlər və Günlər" adlı əsərləri ilə Hesiod üzərinə araşdırmaları, 1977-ci ildə "Hesiod, Əsərləri və Qaynaqları" adı ilə nəşr olundu. Bu üç ad bir ad altında "Mavi Yolçuluk" termini ilə Türk və dünya kitabxanasına daxil oldu.

thumb|Azra Ərhatın Bülbüldərəsi qəbiristanlığındakı ailə məzarlığı (mart, 2022)

Azra Ərhat xərçəng xəstəliyinə yoluxdu. Londonda müalicə aldı, amma müalicə onu sağaltmadı. 6 sentyabr 1982-ci ildə 67 yaşında İstanbulda dünyasını dəyişdi. Bülbüldərəsi qəbiristanlığında dəfn edildi. Azra Ərhatın vəsiyyətinə əsasən məzar daşında Füreyya Koralın hazırladığı bir quş var. 2016-cı ildə Ərhatın məzar daşındakı quş hücuma məruz qalmışdır. 2022-ci ildə hücum təkrarlanmış, Füreyya Koralın hazırladığı quş parçalanmışdır. İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən bərpa edilərək yenidən yerinə qoyulmuşdur.

Atatürkü İliada qəhrəmanlarından Hektora bənzətdiyi üçün bir dönəm mübahisələrlə gündəmə gəlmişdir.

Şadan Gökovalının mənəvi anasıdır.

Əsərləri Mavi Anadolu (1960) (Gəzi Yazısı) Mavi Yolculuk (1962) (Gəzi Yazısı) İşte İnsan-Ecce Homo (1969) (Deneme) Mifoloji Sözlük (1972) (Mifologiya) Məktubları ilə Halikarnas Balıqçısı (1975) (Məktub) Sevgi Yönətimi (1978) (Deneme) Kariyadan Pamfilyaya Mavi Yolculuk (1979) Troya Nağılları (1981) (Uşaq Nağılı) Düşün Yazıları, Halikarnas Balıqçısı (1981) (yayıma hazırlayan) Homeros - Gül ilə Söyleşi (1999) Osmanlı Münevverinden Türk Aydınına (2002) (Eleştiri) Gülleya Xatirələr (2002) (Anı)

Tərcümələri İliada (1967) İbrahim Əbdülqadir Meriçboyu ilə birlikdə Odisseya (1970) İbrahim Əbdülqadir Meriçboyu ilə birlikdə Hesiod, Əsərləri və Ədəbiyyatı (1977)- Səbahəddin Əyyuboğlu ilə birlikdə Eşşəkarıları, Qadınlar Savaşı ve Digər Oyunlar, Aristofan - Səbahəddin Əyyuboğlu ilə birlikdə Lisistrata Qadınların Savaşı, Aristofan - Səbahəddin Əyyuboğlu il birlikdə Qarqantua, François Rabelais - Səbahəddin Əyyuboğlu, Vedat Günyol ilə birlikdə Təpəgözlərin Mağarasında, Homer - İbrahim Əbdülqadir Meriçboyu ilə birlikdə Yeddi Dəniz, Piri Rəis - İbrahim Əbdülqadir Meriçboyu ilə birlikdə Şölən - Dostluq, Platon - Səbahəddin Əyyuboğlu il birlikdə Zənncirə Vurulmuş Prometheus, Aiskhylos - Səbahəddin Əyyuboğlu il birlikdə Savaş Uçuşu, Antoni De Saint Exuperi Balaca şahzadə, Antoni De Saint Exuperi (1968) Dişi Pişik, Koletta Cicim, Koletta İzu Dansözü, Yasunari Kavabata, 1968

Mükafatları İbrahim Əbdülqadir Meriçboyu ilə birlikdə İliada dastanından etdiyi tərcümənin birinci cildi 1959-cu ildə Həbib Törəxan Elm Mükafatını, üçüncü cildi 1961-ci ildə Türk Dil Qurumu Tərcümə Mükafatını aldı.

İstinadlar

Xarici keçidlər canyayinlari.com Azra Erhat 100 Yaşında (İstanbul Üniversitesi, Klasik Filoloji Topluluğu Yayınları, Sayı 1)

Kateqoriya:147-lər Kateqoriya:Ankara Universitetinin müəllimləri