Pyotr Nikolayeviç Romanov (; ) — Rusiya çarı I Nikolayın nəvəsi, böyük knyaz.
1864-cü ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası çar I Nikolayın oğlu Nikolay Romanov, anası isə Oldenburq şahzadəsi Pyotrun qızı Oldenburqlu Aleksandra Petrovnadır. Gənclik illərindən bəri vərəmdən əziyyət çəkirdi. Bu səbəblə, vaxtının çoxunu əcnəbi ölkələrə səyahətdə keçirdi. 26 iyul 1889-cu ildə Monteneqro kralı I Nikolayın qızı Milisa ilə evləndi. Eyni mərasim əsnasında qardaşı Nikolay Nikolayeviç də gəlinin digər bacısı Anastasiya ilə evləndi. Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, bunlardan sonuncusu ölü doğuldu.
Marina Petrovna (1892-1981) Roman Petroviç (1896-1978) Nadejda Petrovna (1898-1988) Sofiya Petrovna (3 mart 1898)
Saray həyatıənda olduqca aktiv idi. Belə ki, məşhur şarlatan Qriqori Rasputini çar ailəsiylə də məhz Pyotr Romanov və xanımının tanış etdiyi söylənilir.
1917 Fevral inqilabından xilas olan ailə öncə Krıma qaçdı. 1919-cü ilədək burada qalan ailə ardından cənubi Fransaya yollandı. 17 yanvar 1931-ci ildə Antibdə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Acović, Dragomir (2012). Slava i čast: Odlikovanja među Srbima, Srbi među odlikovanjima. Belgrade: Službeni Glasnik. p. 619