Məhəmməd Əli əs-Sabuni (; ) — təfsir və fiqh alimi, Quran hafizi.
Həyatı Məhəmməd Əli Sabuni (hicri 1349) 1930-cu ilin yanvarın 1-də Suriyanın Hələb şəhərində anadan olmuşdur. Atasının adı Şeyx Cəmil idi.
O, 1952-ci ildə əl-Əzhər Universitetinin Şəriət fakültəsini bitirdi. Daha sonra İslam hüququ üzrə ixtisas təhsilini də tamamladı və 1954-cü (və ya 1955) ildə həmin universitetin Şəriət məhkəməsi bölməsində magistr təhsili aldı.
Bunun ardınca Məhəmməd Əli vətəni Suriyaya qayıdaraq 8 il tədris fəaliyyəti ilə məşğul oldu. Sonra Səudiyyə Ərəbistanına köçərək Məkkədəki Ümmül-Qura Universitetinin Təhsil və Şəriət fakültəsində dərs deməyə başladı.
Buradakı tədris fəaliyyəti 28 il davam edən Məhəmməd Əli çoxlu universitet müəllimi yetişdirdi və Ümmül-Qura Universitetində bir çox klassik əsərin elmi-tənqidi nəşrini (təhqiqini) həyata keçirdi. O, uzun illər Suriya Alimlər Birliyinin sədri vəzifəsini icra etdi.
Hənəfi məzhəbinə mənsub olan Məhəmməd Əli, 2021-ci ilin mart ayının 19-unda Yalovadakı evində vəfat etmişdir.
Əsərləri Sabuninin ən tanınmış əsərləri bunlardır:
Safvətüt-Təfasir, Rəvaiül-Bəyan fi Təfsiri-Ayətil-Əhkam minəl-Quran, Qabəsun min Nuril-Quranil-Kərim, Muxtəsər İbn Kəsir, Təhqiqi Tənvirül-Əzhan min Təfsiri-Ruhil-Bəyan, Muxtəsər Təfsiri-Təbəri, Fəthur-Rəhman bi Kəşfi mə Yəltəbisu fil-Quran, Əl-Muqtataf min Uyunit-Təfsir, İcazül-Bəyan fi Məqasidi-Suvəril-Quran.
İstinadlar
Kateqoriya:Matüridilər Kateqoriya:Hənəfilər Kateqoriya:Hədis alimləri Kateqoriya:İslam tərcümeyi-halı Kateqoriya:Müsəlman missionerlər Kateqoriya:Suriya müsəlmanları Kateqoriya:Suriya şəxsləri