Georq Maksimilyanoviç Romanovski ( ) — Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin oğlu, VII Loyxtenberq hersoqu.
1852-ci ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Maksimilyan de Boharne, anası isə rus çarı I Nikolayın qızı Mariya Nikolayevnadır. Atasının fransız-alman əsilli olmasına baxmayaraq, Georq və bacı-qardaşları pravoslav məzhəbinə uyğun təlim-tərbiyə edildi. Bu çar Nikolayın qoyduğu evlilik şərtlərindən biri idi. 1852-ci ildə atası vəfat etdi və anası Mariya Nikolayevna 2 il sonra başqasıyla evləndi. Ancaq onun bu evliliyi Çar Nikolaydan gizlədildi. Babasının ölümü və dayısı II Aleksandrın taxta çıxmasından sonra da qəbul edilməyən bu evlilik səbəbilə, anası Mariya Nikolayevna övladlarını geridə qoyaraq Rusiyadan sürgün edildi. Georq və bacı-qardaşları isə Çar Aleksandr və Çariça Mariya Aleksandrovnanın himayəsinə verildi.
12 may 1879-cu ildə Oldenburq şahzadəsi Pyotrun qızı Tereza Petrovna ilə evləndi. Seçilən gəlin namizədi rus çarı I Pavelin şəcərəsinə mənsub idi və onun qızı Yekaterina Pavlovnanın nəvəsi idi. Cütlüyün bu nigahdan 1 oğlu dünyaya gəldi.
Aleksandr Georqeviç (1881-1942)
16 aprel 1889-cu ildə Monteneqro kralı I Nikolayın qızı Anastasiya ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Sergey Georqeviç (1890-1974) Yelena Georqevna (1892-1971)
Ancaq fransız əsilli məşuqəsindən ayrılmaq istəmədi və 15 noyabr 1906-cı ildə cütlük boşandı. 1901-ci ildə qardaşlarının vəfatı və qeyri-monarxial evlilikləri səbəbilə, Loyxtenberq hersoqu ünvanı ona keçdi. 1912-ci ildə Parisdə vəfat etdi. Cənazəsi Sankt-Peterburqa gətirildi və Şahzadələr türbəsinə dəfn olundu.
Mənbə
Ədəbiyyat
Radzinsky, Edvard (2005). Alexander II, The Last Great Tsar. New York: Free Press. p. 177. ISBN 978-0-7432-7332-9 Perry, John Curtis; Constantine V. Pleshakov (1999). The flight of the Romanovs: a family saga. New York: Basic Books. p. 32. ISBN 9780823221806 Jaffe, Irma B; Gernando Colombardo (2002). Shining eyes, cruel fortune: the lives and loves of Italian Renaissance women poets. Fordham Univ Press. p. 204. ISBN 9780823221806
İstinadlar
Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:XX əsr Rusiya şəxsləri Kateqoriya:Rusiya imperiyasının hərbi qulluqçuları Kateqoriya:Ruslar