Alessandro Skiavi (; ) — İtaliya jurnalisti, yazıçısı və sosioloqu.

Həyatı O, Roma Universitetində Antonio Labriola ilə birlikdə təhsil almış və 1895-ci ildə orada hüquq dərəcəsi əldə etmişdir. Paytaxtda jurnalist və sosial elmlər mütəxəssisi kimi tanınmışdır. 1896-cı ildə «Avanti!» qəzetinin ilk redaksiya heyətinə daxil olmuş və 1903-cü ilədək burada fəaliyyət göstərmişdir. Sonradan Milana köçmüş, burada maraqları fəhlə şəraitinin sosial tədqiqi və sosial mənzil problemləri istiqamətində inkişaf etmişdir. «Società Umanitaria» təşkilatının rəsmisi, daha sonra isə Sosial Mənzil İnstitutunun direktoru olmuşdur. 1914-cü ildən 1922-ci ilədək şəhərin ilk sosialist bələdiyyə idarələrində məsləhətçi kimi bələdiyyə administrasiyasına daxil olmuşdur.

Onun intellektual fəaliyyəti faşizm dövründə də davam etmiş, «Laterza» nəşriyyatında və Benedetto Kroçe ilə birlikdə redaktor və tərcüməçi kimi çalışmışdır.

İkinci Dünya müharibəsindən sonra Romanyada yenidənqurmanın əsas iştirakçılarından biri olmuşdur. İkinci respublika qanunvericilik dövründə sosial-demokrat senator seşilmiş və avropapərəst fəaliyyəti ilə fərqlənmişdir. O, dövlətlər və hökumətlər federasiyasından da əvvəl yerli icmaların federasiyasının tərəfdarı kimi çıxış etmiş, bunun 1951-ci ildə Cenevrədə təsis olunmuş Avropa Bələdiyyələri Şurası vasitəsilə reallaşdırıla biləcəyini müdafiə etmişdir.

Filippo Turati və məktublaşmalarını toplayaraq nəşrə hazırladığı Anna Kulişoffun bioqrafı olmuşdur.

Əsərləri Carteggi 1892-1965, 2 v., a cura di C. De Maria, Manduria, Lacaita, 2003-2004; Le case a buon mercato e le città giardino, Bologna, Zanichelli, 1911; Anna Kuliscioff, Roma, Opere nuove, 1955; Filippo Turati, Roma, Opere Nuove, 1955; F. Turati - A. Kuliscioff, Carteggio, raccolto da Alessandro Schiavi, Torino, Einaudi, 1977

İstinadlar

Kateqoriya:İtaliya sosioloqları