Elnur Elçin oğlu Salahov () — Azərbaycan kamança ifaçısı və pedaqoqu.
Həyatı və təhsili Elnur Salahov 26 dekabr 1990-cı ildə Bakının Maştağa qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Babası rəssam olmaqla yanaşı, həvəskar tar ifaçısı olmuş, atası isə rəssamdır. Qardaşı Saleh Salahov isə tar ifaçısıdır.
1997-ci ildə orta məktəbin birinci sinfinə daxil olmuş, 2006-cı ildə doqquzuncu sinfi bitirmişdir.
2000-ci ildə Maştağada yerləşən 10 nömrəli Uşaq Musiqi Məktəbində kamança ixtisası üzrə təhsil almağa başlamışdır. Musiqi məktəbində təhsil aldığı dövrdə Hacı Xanməmmədov adına müsabiqənin laureatı olmuş, həmçinin Heydər Əliyev Sarayında keçirilən yekun konsertdə çıxış etmişdir.
2006-cı ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmuş, 2010-cu ildə həmin təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2020-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olunmuş, 2024-cü ildə ali təhsilini başa vurmuşdur.
Əmək fəaliyyəti Elnur Salahov 2011-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur.
2011–2025-ci illərdə 10 nömrəli Uşaq Musiqi Məktəbində kamança müəllimi vəzifəsində çalışmışdır. 2025-ci ildən etibarən Müslüm Maqomayev adına 26 nömrəli 11 illik Musiqi Məktəbində kamança müəllimi kimi fəaliyyət göstərir.
Yaradıcılığı 2019-cu ildən etibarən Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində kamança ifaçısı kimi iştirak edir.
2019 — VII Muğam Televiziya Müsabiqəsi 2022 — VIII Muğam Televiziya Müsabiqəsi 2025 — IX Muğam Televiziya Müsabiqəsi
2024-cü ildə Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən II Kamança Festivalında çıxış etmişdir.
Festivallar və tədbirlər 2021 — Vaqif Poeziya Günləri (Şuşa) 2023 — Xarıbülbül Musiqi Festivalı 10 may 2025 — Ağdam Muğam Mərkəzinin açılış mərasimində musiqiçi kimi iştirak etmişdir.
Beynəlxalq çıxışları Elnur Salahov müxtəlif illərdə beynəlxalq konsert və mədəni tədbirlərdə iştirak etmişdir.
2009 — Türkiyə 2010 — Gürcüstan 2014 — İordaniya 2018 — Tacikistan 2019 — İran 2022 — İtaliya 2023 — Özbəkistan 2023 — Çin 2023 — Moldova 2026 — Almaniya 2026 — Niderland 2026 — Belçika
İstinadlar
Kateqoriya:Azərbaycan kamança ifaçıları Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Yaşayan insanlar