Həsən Bayram oğlu İsmayılov (23 yanvar 1989-cu il, Babək rayonu) — 16 iyul 2024-cü ildən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində fəaliyyət göstərir.
Həyatı 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
Ailəlidir, iki övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təhsili 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasına qəbul olub, 2011-ci ildə həmin ixtisas üzrə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.
"Həyatın müxtəlif sahələrində sosial iş" ixtisası üzrə magistratura təhsili alıb.
Əmək fəaliyyəti Əmək fəaliyyətinə 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında baş məsləhətçi vəzifəsində başlayıb.
2014-cü ilin aprel ayında "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyətinin İnzibati təşkilat departamentində hüquqşünas vəzifəsinə təyin edilib.
2017–2019-cu illərdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində əvvəlcə Ümumi işlər və kadrlar sektorunun müdiri, daha sonra isə Ümumi işlər və kadrlar şöbəsinin müdiri vəzifələrində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 27 may 2019-cu il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
10 yanvar 2023-cü il tarixindən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16 iyul 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsinə təyin edilib.
Mükafatları "Maliyyə peşəsinin inkişafına verdiyi töhfəyə görə" LUCA mükafatına layiq görülüb.
İstinadlar
Kateqoriya:Babək rayonunda doğulanlar Kateqoriya:Naxçıvan Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycanın dövlət xadimləri Kateqoriya:Naxçıvan Muxtar Respublikasının nazirləri