Şahzadə Henri Frederik (; ) — Britaniya və İrlandiya kralı II Georqun nəvəsi, Kumberland hersoqu.

1745-ci ildə Londonda dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı II Georqun oğlu Uels şahzadəsi Şahzadə Frederik Lüdovik, anası isə Saksen-Qota-Altenburq hersoqu II Frederikin qızı Şahzadə Avqustadır. Mükəmməl saray təlim-tərbiyəsi aldı. 1751-ci ildə atası vəfat etdi və digər bacı-qardaşlarıyla birlikdə babası II Georqun himayəsinə girdi. 1760-cı ildə babasının vəfatından sonra böyük qardaşı III Georq adıyla taxta çıxdı.

22 oktyabr 1766-cı ildə Kumberland hersoqu ünvanı aldı. 1768-ci ildə donanmada xidmət etməyə başladı. 1769-cu ildə kontr-admiral, 1770-ci ildə vitse-admiral rütbələrinə yüksəldi.

2 oktyabr 1771-ci ildə İrlandiya əsilli dul Anna Hortonla evləndi. Ancaq bu evlilik kral qardaşı III Georqun narazılığına səbəb oldu. Hətta ertəsi il qəbul edilən və monarx ailəsindən hər hansı bir şəxsin monarxın icazəsi olmadan evlənməyini qadağan edən qanunun ortaya çıxmasına səbəb oldu. Cütlüyün bu nikahdan övladı olmadı.

1775-ci ildə idarəçiliyini etdiyi Kumberland bölgəsinə məxsus xüsusi bir donanmanın əsasını qoydu. Hərbi sahədə rütbələri artırılsa da, aktiv hərbi vəzifədə olmadı. 1790-cı ildə Londonda vəfat edti.

Mənbə

Ədəbiyyat "The Oxford Dictionary of National Biography". Oxford Dictionary of National Biography (online ed.). Oxford University Press. 2004. doi:10.1093/ref:odnb/64332. ISBN 9780198614111 Stella Tillyard (2010). A Royal Affair: George III and His Troublesome Siblings. Random House. pp. 169–175. ISBN 978-1-4090-1769-1

İstinadlar Kateqoriya:Birləşmiş Krallıq şahzadələri