right|400x400px|Kəmalud-din kitabının Azərbaycanca nəşri Kəmalud-din və Tamamun-Nimə — Şeyx Səduq (918 – 991) tərəfindən qələmə alınan "Kəmalud-din və Tamamun-Nimə" kitabı İslam tarixinin önəmli şəxsiyyəti hesab edilən Mehdi barəsindədir. Kitabın adı Quranın Maidə surəsinin 3-cü ayəsindən götürülmüşdür.

Əsərin mövzusu "Kəmalud-din" kitabı şiələrin 12-ci İmamı Mehdinin qeybə çəkilməsi və zühur edəcəyi mövzusuna həsr edilmiş qədim hədis qaynaqlarından biri sayılır.

"Kəmalud-din" kitabında Mehdi ilə əlaqəli bir çox məsələlər öz əksini tapmış, qeybin baş verməsi ilə bağlı çoxsaylı suallar Şeyx Səduq və ondan öncəki alimlərin izahı ilə cavablandırılmışdır. Şeyx Səduq kitabında Mehdi ilə bağlı suallara Quran ayələri və hədislər əsasında cavablar vermişdir. Kitabda bir çox Peyğəmbərin həyatından örnəklər verilərək qeybət məsələsinin isbatı mövzusu ələ alınmışdır. Əsərdə bir çox firqə və şəxslərin etirazı və onlara cavab ətraflı şəkildə qələmə alınmışdır. Kitabda 63 mövzuda 88 hədis ravisindən 621 hədis nəql edilmişdir.Şeyx Səduq, Kəmalud-din, səh.6, Bakı, 2026

Kitabın digər bir əsas xüsusiyyəti isə Mehdiyə ünvanlanan suallara Mehdinin özü tərəfindən verilən cavabların əsərdə öz əksini tapmasıdır.Şeyx Səduq, Kəmalud-din, səh.519–544, Bakı, 2026

Tədqiqatçılara görə Şeyx Səduq "Kəmalud-din" kitabını hicri 352-ci və ya hicri 369-cu ildə İmam Rza ziyarətgahından sonra Nişapur şəhərinə qayıdıb orada qaldığı müddətdə qələmə almışdır.Şeyx Səduq, əl-Hidayə, səh.191, "İmam Hadi" müəssisəsi nəşri

Tərcüməsi "Kəmalud-din" əsəri Azərbaycan dilinə ikinci dəfə 2026-cı ildə yenidən tərcümə edilmişdir. Tərcüməni həyata keçirən Fərid Abdullah, layihə məhsulu isə Taleh Abbasova məxsusdur.

İstinadlar