Əlağa Arif oğlu Səfərov (1981, Mingəçevir) — Azərbaycan samboçusu, dünya birinciliyinin gümüş mükafatçısı.
Həyatı və karyerası Əlağa Səfərov 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İdman karyerasına 1991-ci ildə Mingəçevir şəhər Uşaq-Gənclər İdman Məktəbində (UGİM) başlamış və 1997-ci ilə qədər burada sambo idman növü üzrə məşqlər keçmişdir. Onun formalaşmasında Azərbaycanın Əməkdar məşqçisi Çamiaşvili Givi Georgiyeviç mühüm rol oynamışdır.
1999-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən gənclər arasında sambo üzrə Dünya Birinciliyində uğurla çıxış edərək II yeri tutmuş və gümüş medal qazanmışdır.
Sambo idman növündə göstərdiyi nailiyyətlərə və xidmətlərə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 16 aprel 2001-ci il tarixində fəxri ada layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Gənclər və İdman Nazirliyinin rəsmi reyestrində profili